Tapılan ümumi test sayı : 13

Modal sözlərin orfoqrafiyası haqqındakı fikirlərdən biri səhvdir:
A) Cümlənin əvvəlində işlənən modal sözlərdən sonra vergül qoyulur
B) Modal sözlər cümlədə başqa sözlərdən ayrı tələffüz edilir və ayrı yazılır
C) Modal sözlər heç bir köməkçi vasitə olmadan cümlədə işlənə bilmir
D) Modal sözlər şifahi nitqdə xüsusi fasilə ilə cümlənin başqa hissələrindən ayrılır
Hansı cümlədə modal söz cümlənin ortasında işlənmişdir?
A) Doğrusu, mən yorulmuşam
B) Sən, yəqin ki, bu işdən xəbərdarsan
C) Sən öz istəyinə çatacaqsan, əlbəttə
D) Yəqin, kəndlərdən şəhərə müşavirəyə gəlirlər
Aşağıdakılardan biri səhvdir:
A) Modal sözlər, əsasən cümlənin əvvəlində işlənir
B) Modal sözlərin bir qismi heç bir köməkçi vasitə olmadan cümlədə işlənir
C) Modal söz, əsasən, cümlənin sonunda işlənir
D) Modal söz cümlənin sonunda gələrsə, modal sözdən əvvəl vergül işarəsi qoyulur
Əsas nitq hissələrinin köməkçi nitq hissələrindən əsas fərqi:
A) Müstəqil suala cavab verməməsi
B) Leksik mənası olması
C) Şəkilçi qəbul etməməsi
D) Ayrılıqda cümlə üzvü kimi işlənməməsi
Əsas və köməkçi nitq hissələri üçün ortaq cəhət:
A) Qrammatik mənası olması
B) Leksik məna daşıması
C) Müstəqil suala cavab verməsi
D) Cümlə üzvü olması
Səhv fikri seçin:
A) Başqa nitq hissələrinə aid sözlər də cümlədə ara söz kimi işlənir və modal məna verir
B) Modallıq müxtəlif vasitələrlə ifadə olunur
C) Cümlədə modal məna verən hər sözü, hər ifadəni modal söz hesab etmək olar
D) Söz birləşmələri, hətta cümlələr də ara söz mövqeyində işlənərək, modal məna ifadə edir
Təsdiq bildirən modal sözlər cərgəsi hansıdır?
A) Əlbəttə, doğrudan, həqiqətən
B) Gərək, beləliklə, əlbəttə
C) Bəlkə, demək, xülasə
D) Məncə, sözsüz, nəhayət
Modal sözlərdən biri ehtimal və şübhə bildirir:
A) Şübhəsiz
B) Ümumiyyətlə
C) Yəqin
D) Sanki
Nəticə, ümumiləşdirmə bildirən modal söz işlənmiş cümləni seçin:
A) Görünür, düşmən bizim zəif yerimizi bilir
B) Beləliklə, biz oranı tərk etməli olduq
C) Məncə, o, yalan danışmır
D) Əlbəttə ki, düz sözə zaval yoxdur
Hansı cümlədə güman, şübhə bildirən modal söz işlənmişdir?
A) Sanki ona dünyanı bağışladılar
B) Doğrudan da, insan gücü tükənməzdir
C) Gərək ki, sən onu tanıyırsan
D) Sözsüz, qələbə gec – tez bizim olacaqdır
Hansı cümlədə təsdiq bildirən modal söz var?
A) Birincisi, o, hələ uşaqdır
B) Təəssüf ki, biz mənəviyyata az əhəmiyyət veririk
C) Nəhayət, gözlədiyimiz gün gəlib çatdı
D) Əlbəttə ki, düz sözə zaval yoxdur
Həm modal söz, həm də əsas nitq hissəsi kimi işlədilən sözlər hansı bənddədir
A) ehtimal ki, doğru, kimi
B) xülasə, yaxşı, düzü
C) belə, beləliklə, kimi, ancaq
D) ancaq, doğru, tərəf
Nəticə bildirən modal sözləri göstərin.
A) sanki, həqiqətən, doğrudan
B) nəhayət, yaxşı, ümumiyyətlə
C) nəhayət, sanki, əlbəttə
D) yaxşı, yox, bəli
E) əlbəttə, elə bil, güman ki
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top