Biri qaça-qaça gəlib Mollaya xəbər verir ki:
– Molla, tez ol gəl, evinizə od düşüb yanır. Qapınızı nə qədər döydümsə,
heç kəs açmadı. Yəqin evdə adam yoxdu.
Molla oturduğu yerdən heç tərpənməyib çox sakit deyir:
– Balam, biz arvadla işi bölüşmüşük. Çöl işi mənimdi, ev işi onun.
Zəhmət olmasa, get onu tap, de ki, gedib söndürsün. Mən onun işinə
qarışa bilmərəm.
Top