Bir gün qonşulardan biri gəlir Mollanın yanına ki:
– Molla, sizdə qırx illik sirkə olmaya?
Molla deyir:
– Var, necə?
Qonşu deyir:
– Bir az ondan ver mənə!
Molla deyir:
– Verə bilmərəm.
Mollanın belə qıpqırmızı "vermərəm" deməyinə qonşu heyrətlə
soruşur:
– Niyə vermirsən?
Molla deyir:
– Elə hər belə istəyənə versəydim, qırx ildən indiyə kimi sirkə
qalmazdı ki...
Top