Molladan hər kim nə istəsəymiş, bu cavabı alarmış ki:
– Sabah gəl apar!
Axırı bir gün qonşularından biri soruşur:
– Ay Molla, bu nə xasiyyətdi səndə?.. Bir şey istəyəndə niyə o günü
verməyib sabaha qoyursan?
Molla deyir:
– Bala, o saat versəm, onun qiyməti, dəyəri düşər. Mən elə eləyirəm
ki, şey qiymətə minsin.
Top