Tapılan ümumi test sayı : 1487

Hansı müddət ərzində minik avtomobili texniki baxışdan azaddır?
A) İstehsal günündən 5 il ərzində.
B) Əldə olunan gündən 5 il ərzində.
C) Əldə olunan gündən 4 il ərzində.
D) İstehsal günündən 4 il ərzində.

Bu nişan nəyi bildirir?

A) Eyni əhəmiyyətli yolların kəsişməsi.
B) Hər iki variant mümkündür.
C) Təlim-nəqliyyat vasitəsi.
Sadalanan hansı hallarda minik avtomobilinin istismarı qadağandır?
A) Yuxarıda sadalanan hər bir halda.
B) Hər iki tərəfdə arxanı göstərən xarici güzgülər olduqda, qışda arxa yan şüşələrə sənaye üsulu ilə hazırlanan jalüz asıldıqda.
C) Hər iki tərəfdə arxanı göstərən xarici güzgülər olduqda, yayda arxa yan şüşələrə sənaye üsulu ilə hazırlanan jalüz asıldıqda.
D) Hər iki tərəfdə arxanı göstərən xarici güzgülər olduqda, avtomobilin arxa şüşəsinə 100% tündləşdirilmiş plyonka çəkildikdə.

Bu şəraitdə kimə ilk növbədə hərəkət etmək üstünlüyü verilir?

A) Sağdan gələn minik avtomobilinin sürücüsünə.
B) Motosikletin sürücüsünə.
C) Yük avtomobilinin sürücüsünə.
D) Piyadaya.

Hansı şəkildə göstərilmiş şəraitdə motosikleti ötmək qadağandır?

A) Bütün şəkillərdə.
B) Aşagıdakı şəkillərdə.
C) Yuxarıdakı sağ şəkildən başqa hər birində.
D) Aşagıdakı sol şəkildə.

Yaşayış məntəqələrindən kənarda olan bu şəraitdə hansı avtomobilin sürücüsü dayanma qaydasını pozur?

A) Yalnız göy avtomobilin sürücüsü.
B) Heç biri.
C) Yalnız qırmızı avtomobilin sürücüsü.
D) Hər ikisi.

Yaşayış məntəqəsindən kənarda yol çiyinin olmadığı halda minik avtomobilinin bu yerdə durmasına icazə verilir?

A) İcazə verilmir.
B) Əgər avtomobilinə bütöv düz xətt arasında olan məsafə 3 metrdən çoxdursa, icazə verilir.
C) Yalnız hərəkətin seyrək olduğu hallarda icazə verilir.

Bu şəraitdə eyni vaxtda manevr edən hansı avtomobilin sürücüsü digərlərinə yol verdikdən sonra hərəkət etməlidir?

A) Sarı rəngli avtomobilin.
B) Göy rəngli avtomobilin.
C) Qırmızı rəngli avtomobilin.

Dəmir yolu keçidinə 150 m qalmış bu yerdə geriyə dönməyə icazə verilir?

A) Dəmir yolu keçidinə 100 m çox qaldığına görə icazə verilir.
B) İcazə verilmir.
C) Əgər arxadan nəqliyyat vasitələri gəlmirsə, icazə verilir.

Bu şəraitdə avtomobillərin dönməsi zamanı heç kim üçün maneə yaranmayacaqsa, sürücülər eyni vaxtda dönə bilərlər?

A) Xeyr, belə ki, bütün hallarda yük avtomobilinin sürücüsü yol verməlidir.
B) Xeyr, belə ki, bütün hallarda avtobus sürücüsü yol verməlidir.
C) Bəli.

Birtərəfli yolun hərəkət zolağına çəkilən bu nişanlanma xətti hansı nişanla birlikdə tətbiq oluna bilər?

A) 1 başqa hər biri ilə.
B) 2 və 6.
C) 4 və 5.
D) 3 və 5.
E) Hər biri ilə.
Dəmir yolu keçidində məcburi dayanmış və hərəkəti mümkünsüz olan yük avtomobilinin sürücüsü tək olduğuna görə nə etməlidir?
A) Ümumi həyacan siqnalı verməli, qatar göründükdə isə həyatını qorumaq üçün keçiddən uzaqlaşmalıdır.
B) Yaxında olan stansiya rəisi ilə əlaqə yaratmalı, bu mümkün olmadıqda keçiddən uzaqlaşmalıdır.
C) Qatarın gələcəyi tərəfi müəyyən etməyə çalışmalı və həmin tərəfə 1000 m məsafə gedərək dayanma siqnalı verməyə hazır olmalıdır.
D) Ümumi həyacan siqnalı verməli, qatar görünən kimi, ona tərəf qaçaraq dayanma siqnalı verməlidir.

Nizamlanmayan yolayrıcı qarşısında olan hansı nişan yolayrıcında ötmənin qadağan olunmadığını bildirir?

A) 1, 2 və 3.
B) 2 və 4.
C) 2 başqa hər biri.
D) 3.
E) Hər biri.
Hansı cavabda verilən hadisə "Yol-nəqliyyat hadisəsi" termininə aid deyil?
A) At arabasının yoldan çıxması səbəbindən əkin sahəsinə maddi ziyanın vurulması.
B) Hərəkətdə olan mopedin törətdiyi hadisə nəticəsində ayrıcı zolaqdakı yaşıllığa maddi ziyanın vurulması.
C) Sadalanan cavabların heç biri.
D) Ağacın aşması səbəbindən yol çiyində dayanmış avtomobilin və yol nişanının zədələnməsi.
E) Hərəkətdə olan velosipedin törətdiyi hadisə nəticəsində piyadanın xəsarət alması.
Aşağıda sadalanan hansı halda yükdaşıyan avtomobilinin istismarı qadağan edilir?
A) Şinlərin protektorundakı naxışların qalmış hündürlüyü 1,6 mm olduqda.
B) Dövlət qeydiyyat nişanının rəqəm və hərfləri kuzovun arxa divarında təkrar yazılmadıqda.
C) Yedəyə almaq üçün tros olmadıqda.
D) Daşınan yük qabaq və ya arxa tərəfdən avtomobilin qabaritindən bir metr artıq kənara çıxdıqda.

Hansı nişanın təsir sahəsində ümumi istifadədə olan avtobusların hərəkətinə icazə verilir?

A) 2, 4 və 5.
B) 1 başqa hər birinin.
C) Hər birinin.
D) Ancaq 5.
E) 1 və 2 başqa hər birinin.

Hansı yol nişanı eyni əhəmiyyətli yolların kəsişməsinə yaxınlaşma barədə xəbərdarlıq edir?

A) 3 və 6 nişanlardan başqa hər biri.
B) 5 nişandan başqa hər biri.
C) 2, 4 və 6.
D) Hər biri.
E) 1 və 3.

Bu nişanın ölçüsünü göstərin:

A) 200x200 mm.
B) 300x300 mm.
C) 400x400 mm.

Bu nişan nəyi bildirir?

A) Hamam.
B) Xəstəxana.
C) Mehmanxana.
Hansı halda ötməyə icazə verilir?
A) Tuneldə.
B) Sadalanan bütün hallarda qadağandır.
C) Dəmiryol keçidlərində və onlara 100 metrdən az qaldıqda.
D) "Təhlükəli döngələr" yol nişanının təsir zonasında.
E) Yoxuşun axırında əks istiqamətli hərəkət zolağına çıxmaqla.
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top