Tapılan ümumi test sayı : 1487

Hansı müddət ərzində minik avtomobili texniki baxışdan azaddır?
A) İstehsal günündən 4 il ərzində.
B) Əldə olunan gündən 5 il ərzində.
C) Əldə olunan gündən 4 il ərzində.
D) İstehsal günündən 5 il ərzində.

Bu nişan nəyi bildirir?

A) Hər iki variant mümkündür.
B) Eyni əhəmiyyətli yolların kəsişməsi.
C) Təlim-nəqliyyat vasitəsi.
Sadalanan hansı hallarda minik avtomobilinin istismarı qadağandır?
A) Hər iki tərəfdə arxanı göstərən xarici güzgülər olduqda, yayda arxa yan şüşələrə sənaye üsulu ilə hazırlanan jalüz asıldıqda.
B) Yuxarıda sadalanan hər bir halda.
C) Hər iki tərəfdə arxanı göstərən xarici güzgülər olduqda, qışda arxa yan şüşələrə sənaye üsulu ilə hazırlanan jalüz asıldıqda.
D) Hər iki tərəfdə arxanı göstərən xarici güzgülər olduqda, avtomobilin arxa şüşəsinə 100% tündləşdirilmiş plyonka çəkildikdə.

Bu şəraitdə kimə ilk növbədə hərəkət etmək üstünlüyü verilir?

A) Yük avtomobilinin sürücüsünə.
B) Sağdan gələn minik avtomobilinin sürücüsünə.
C) Motosikletin sürücüsünə.
D) Piyadaya.

Hansı şəkildə göstərilmiş şəraitdə motosikleti ötmək qadağandır?

A) Yuxarıdakı sağ şəkildən başqa hər birində.
B) Aşagıdakı şəkillərdə.
C) Bütün şəkillərdə.
D) Aşagıdakı sol şəkildə.

Yaşayış məntəqələrindən kənarda olan bu şəraitdə hansı avtomobilin sürücüsü dayanma qaydasını pozur?

A) Yalnız qırmızı avtomobilin sürücüsü.
B) Heç biri.
C) Hər ikisi.
D) Yalnız göy avtomobilin sürücüsü.

Yaşayış məntəqəsindən kənarda yol çiyinin olmadığı halda minik avtomobilinin bu yerdə durmasına icazə verilir?

A) Əgər avtomobilinə bütöv düz xətt arasında olan məsafə 3 metrdən çoxdursa, icazə verilir.
B) İcazə verilmir.
C) Yalnız hərəkətin seyrək olduğu hallarda icazə verilir.

Bu şəraitdə eyni vaxtda manevr edən hansı avtomobilin sürücüsü digərlərinə yol verdikdən sonra hərəkət etməlidir?

A) Göy rəngli avtomobilin.
B) Sarı rəngli avtomobilin.
C) Qırmızı rəngli avtomobilin.

Dəmir yolu keçidinə 150 m qalmış bu yerdə geriyə dönməyə icazə verilir?

A) Əgər arxadan nəqliyyat vasitələri gəlmirsə, icazə verilir.
B) Dəmir yolu keçidinə 100 m çox qaldığına görə icazə verilir.
C) İcazə verilmir.

Bu şəraitdə avtomobillərin dönməsi zamanı heç kim üçün maneə yaranmayacaqsa, sürücülər eyni vaxtda dönə bilərlər?

A) Bəli.
B) Xeyr, belə ki, bütün hallarda yük avtomobilinin sürücüsü yol verməlidir.
C) Xeyr, belə ki, bütün hallarda avtobus sürücüsü yol verməlidir.

Birtərəfli yolun hərəkət zolağına çəkilən bu nişanlanma xətti hansı nişanla birlikdə tətbiq oluna bilər?

A) 3 və 5.
B) Hər biri ilə.
C) 2 və 6.
D) 4 və 5.
E) 1 başqa hər biri ilə.
Dəmir yolu keçidində məcburi dayanmış və hərəkəti mümkünsüz olan yük avtomobilinin sürücüsü tək olduğuna görə nə etməlidir?
A) Ümumi həyacan siqnalı verməli, qatar göründükdə isə həyatını qorumaq üçün keçiddən uzaqlaşmalıdır.
B) Yaxında olan stansiya rəisi ilə əlaqə yaratmalı, bu mümkün olmadıqda keçiddən uzaqlaşmalıdır.
C) Ümumi həyacan siqnalı verməli, qatar görünən kimi, ona tərəf qaçaraq dayanma siqnalı verməlidir.
D) Qatarın gələcəyi tərəfi müəyyən etməyə çalışmalı və həmin tərəfə 1000 m məsafə gedərək dayanma siqnalı verməyə hazır olmalıdır.

Nizamlanmayan yolayrıcı qarşısında olan hansı nişan yolayrıcında ötmənin qadağan olunmadığını bildirir?

A) 2 başqa hər biri.
B) 3.
C) 1, 2 və 3.
D) Hər biri.
E) 2 və 4.
Hansı cavabda verilən hadisə "Yol-nəqliyyat hadisəsi" termininə aid deyil?
A) Sadalanan cavabların heç biri.
B) Hərəkətdə olan velosipedin törətdiyi hadisə nəticəsində piyadanın xəsarət alması.
C) Ağacın aşması səbəbindən yol çiyində dayanmış avtomobilin və yol nişanının zədələnməsi.
D) At arabasının yoldan çıxması səbəbindən əkin sahəsinə maddi ziyanın vurulması.
E) Hərəkətdə olan mopedin törətdiyi hadisə nəticəsində ayrıcı zolaqdakı yaşıllığa maddi ziyanın vurulması.
Aşağıda sadalanan hansı halda yükdaşıyan avtomobilinin istismarı qadağan edilir?
A) Şinlərin protektorundakı naxışların qalmış hündürlüyü 1,6 mm olduqda.
B) Dövlət qeydiyyat nişanının rəqəm və hərfləri kuzovun arxa divarında təkrar yazılmadıqda.
C) Daşınan yük qabaq və ya arxa tərəfdən avtomobilin qabaritindən bir metr artıq kənara çıxdıqda.
D) Yedəyə almaq üçün tros olmadıqda.

Hansı nişanın təsir sahəsində ümumi istifadədə olan avtobusların hərəkətinə icazə verilir?

A) Hər birinin.
B) 1 başqa hər birinin.
C) 1 və 2 başqa hər birinin.
D) 2, 4 və 5.
E) Ancaq 5.

Hansı yol nişanı eyni əhəmiyyətli yolların kəsişməsinə yaxınlaşma barədə xəbərdarlıq edir?

A) 3 və 6 nişanlardan başqa hər biri.
B) Hər biri.
C) 2, 4 və 6.
D) 5 nişandan başqa hər biri.
E) 1 və 3.

Bu nişanın ölçüsünü göstərin:

A) 400x400 mm.
B) 200x200 mm.
C) 300x300 mm.

Bu nişan nəyi bildirir?

A) Mehmanxana.
B) Xəstəxana.
C) Hamam.
Hansı halda ötməyə icazə verilir?
A) Dəmiryol keçidlərində və onlara 100 metrdən az qaldıqda.
B) Yoxuşun axırında əks istiqamətli hərəkət zolağına çıxmaqla.
C) Tuneldə.
D) Sadalanan bütün hallarda qadağandır.
E) "Təhlükəli döngələr" yol nişanının təsir zonasında.
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top