Tapılan ümumi test sayı : 40

Basketbol yarışında iştirak edən 5 komandadan biri maksimum neçə xal toplaya bilər?
A) 15 xal
B) 10 xal
C) 12 xal
D) 8 xal
E) 5 xal
Basketbol oyununda , komandalar arasında xallar necə bölüşdürülür?
A) Qalib 3 xal, məğlub 0 xal
B) Qalib komanda 3 xal, məğlub komanda1xal
C) Qalib 1 xal, məğlub 0 xal
D) Qalib 2 xal, məğlub 0 xal
E) Qalib 2 xal, məğlub 1 xal
Hansı idman yarışında heç-heçə olmur?
A) Basketbolda
B) Damada
C) Xokeydə
D) Şahmatda
E) Futbolda
Qaçaraq hündürlüyə tullanmaq hansı idman növünə aiddir?
A) Gimnastikaya
B) Atletikaya
C) Ağır atletikaya
D) İdman oyunlarına
E) Üzgüçülüyə
Uzaq məsafəyə qaçış hansı fiziki qabiliyyəti inkişaf etdirir?
A) Dözümlülüyü
B) Çevikliyi
C) Sürət-gücü
D) Qüvvəni
E) Sürəti
Akrobatika hansı idman növünə daxildir?
A) Gimnastikaya
B) Yüngül atletikaya
C) İdman oyunlarına
D) Üzgüçülüyə
E) Ağır atletikaya
Məktəblilərin idman yarışları necə adlanır?
A) Müsabiqə
B) Olimpiada
C) Olimpiya
D) Spartakiada
E) Universiada
Skaliozun yaranmasına təsir edən amillər hansılardır?
A) Aşağı ətraf əzələsinin zəif inkişafı
B) Çox gidalanmaq
C) Əzələ qüvvəsinin zəifliyi, fiziki hərəkətlərdən imtina
D) Yuxarı ətraf əzələsinin zəif inkişafı
E) Çox oxuyub az qidalanmaq
Fərdi yanaşma metodunu hansı şagirdə tətbiq etmək lazımdır?
A) Əla fiziki hazırlıqlı
B) Zəif fiziki hazırlıqlı
C) Şagirdlərin hamısına
D) İdmanla məşğul olmayan şagirdə
E) Yaxşı fiziki hazırlıqlı
Planlaşdırma neçədir və hansılardır?
A) 3------gündəlik, həftəlik, aylıq
B) 1------gündəlik
C) 4------gündəlik, həftəlik, aylıq, illik
D) 5------gündəlik, həftəlik, aylıq, illik, çoxillik
E) 2------gündəlik, perspektiv
2015-ci ildə Avropa Olimpiya oyunları hansı şəhərdə keçiriləcək?
A) Berlində
B) Bakıda
C) Parisdə
D) Afinada
E) Ankarada
Azərbaycan müstəqil ölkə kimi neçənci ildən Müasir Olimpiya oyunlarında iştirak edir?
A) 1896-cı ildən
B) 1996-cı ildən
C) 1888-ci ildən
D) 2000-ci ildən
E) 1980-ci ildən
İlk Avropa Olimpiya oyunları hansı ölkədə keçirilib?
A) Fransada
B) Türkiyədə
C) Azərbaycanda
D) Yunanıstanda
E) Almaniyada
Müasir Olimpiya oyunları nə vaxtdan keçirilməyə başlanmışdır?
A) 1856-cı ildən
B) 1320-ci ildən
C) 1896-cı ildən
D) 1875-ci ildən
E) 1996-cı ildən
Qədim Olimpiya oyunları nə vaxtdan keçirilməyə başlanmışdır?
A) B.e.ə 346-cı ildən
B) B.eranın 1730-cu ilindən
C) B.e.ə 826-cı ildən
D) B.e.ə 776-cı ildən
E) B. eranın 1475-ci ilindən
Bunlardan hansı idman oyunlarına aiddir?
A) Basketbol oyunları
B) Asiya oyunları
C) Avropa olimpiya oyunları
D) Olimpiya oyunları
E) Xalq oyunları
Bunlardan hansı idman yerişinin tələblərinə uyğundur?
A) Stadionlarda keçirilməsi
B) Vaxt və texnika nəzərə alınır
C) Maneəli yerlərdə nəzərdə tutulur
D) Vaxt və maneə nəzərə alınır
E) Şosselərdə keçirilə bilər
Fiziki tərbiyə müəllimi “güzgü qaydası”ndan nə vaxt istifadə edir?
A) Oyun qaydalarını öyrədərkən
B) Şagirdləri sıraya düzərkən
C) Şagird turnikdə dartınarkən
D) Şagirdlərin önündə ümuminkişaf hərəkətləri göstərərkən
E) İnformasiya verərkən
Tennis topunu daha uzağa atmaq üçün onu hansı bucaq altında atmaq lazımdır?
A) 110
B) 90
C) 30
D) 45
E) 60
Bunlardan hansı boy artımına müsbət təsir göstərir?
A) Üzgüçülük və hündürlüyə tullanmaq
B) Voleybol və futbol oynamaq
C) Qaçışlar və turnikdə dartınmalar
D) Basketbol və turnikdə sallanmalar
E) Hamısı
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top