Tapılan ümumi test sayı : 22

Söz birləşməsi nəyə deyilir?
A) İki və daha artıq müstəqil sözün məna və qrammatik cəhətdən birləşməsindən əmələ gələn sözlərə
B) İki müxtəlif mənalı sözlərin birləşməsindən əmələ gələn sözlərə
C) İki sözün birləşməsi ilə yaranan yeni mənalı sözlərə
D) İki yaxın mənalı sözlərin birləşməsi ilə yaranan sözlərə
Aşağıdakılardan biri söz birləşməsi deyil:
A) Dağ havası
B) Vətən üçün
C) Böyük şəhər
D) Kitabı oxumaq
Biri sərbəst söz birləşməsi deyil:
A) Fikrə getmək
B) Ötən günlər
C) Torpağa bağlılıq
D) İşə çatmaq
Söz birləşmələri quruluşuna görə neçə cür olur?
A) 3
B) 1
C) 2
D) 4
Aşağıdakılardan biri səhvdir:
A) Sadə söz birləşməsi üç və daha artıq müstəqil sözdən ibarət olur
B) Söz birləşməsi iki sözdən ibarətdirsə onların hər biri müstəqil mənalı söz olmalıdır
C) Söz birləşmələri quruluşuna görə sadə və mürəkkəb olur
D) Mürəkkəb söz birləşməsi üç və daha artıq müstəqil sözdən ibarət olur
Sadə söz birləşmələrindən biri səhvdir:
A) Şeiri əzbərləmək
B) Qoşa qala qapıları
C) Bahar fəsli
D) Millət fədaisi
Söz birləşməsi haqqındakı fikirlərdən biri səhvdir:
A) İki və daha artıq müstəqil sözün məna və qrammatik cəhətdən birləşməsindən əmələ gəlir
B) Əsas və asılı tərəfi olur
C) Quruluşuna görə iki cür olur
D) Həm ayrı, həm defislə yazılır
Aşağıdakılardan biri söz birləşməsidir:
A) Kömək edəndə
B) Fikrə getmək
C) Doğma torpaq
D) Səndən ötrü
Söz birləşməsi haqqındakı fikirlərdən hansı yanlışdır:
A) İki müstəqil sözü olan söz birləşməsində köməkçi sözün işlənməsi sadə söz birləşməsini mürəkkəb söz birləşməsinə çevirir
B) Əgər söz birləşməsində iki müstəqil mənalı söz varsa, əlavə olaraq orada köməkçi söz işlənə bilər
C) Quruluşuna görə söz birləşmələri iki cür olur
D) Söz birləşməsi iki sözdən ibarətdirsə onların hər biri müstəqil mənalı söz olmalıdır
Sadə söz birləşməsi hansıdır?
A) Dağdan gələn ovçu
B) Biz evə çatanda
C) Bizim bağın gülləri
D) Evə sarı getmək
E) Qaçıb bizə gələndə
İki və daha artıq müstəqil sözün məna və qrammatik cəhətdən birləşməsindən əmələ gələn sözlər nə adlanır?
A) dialekt söz
B) ixtisar söz
C) birləşmələr
D) söz
E) söz birləşmələri
Nəyə görə köməkçi nitq hissələri söz birləşmələrində aparıcı rol oynamır ?
A) Qrammatik mənası olmadığına görə
B) Cümlə üzvü olduğuna görə
C) Leksik mənası olmadığına görə
D) Azərbaycan dili leksikologiyasında olmadığına görə
E) Heç bir cavab duz deyil
Mürəkkəb söz birləşməsi ilə sadə söz birləşməsi arasındakı fərq nədir?
A) Sadə söz birləşmələrində köməkçi nitq hissəsi istifadə olunur, mürəkkəb söz birləşməsində isə istifadə olunmur.
B) mürəkkəb söz birləşməsi 3 və daha artıq sözün, sadə söz birləşməsi isə 2 sözün məna və qrammatik cəhətdən birləşməsindən əmələ gəlir.
C) Sadə söz birləşməsi yalnız isimdən və saydan, mürəkkəb söz birləşməsi isə sifətdən və feldən ibarət olur.
D) Mürəkkəb söz birləşməsi, məcazi mənada işlənir, sadə söz birləşməsi isə məcazi mənada işlənmir.
E) Onlar arasında fərq yoxdur!
Söz birləşməsində müstəqil söz nə deməkdir?
A) Köməkçi nitq hissəsi
B) Təkmənalı söz deməkdir
C) Sadə söz deməkdir
D) Əsas nitq hissəsi
E) Mürəkkəb söz deməkdir
Aşağıdakılardan hansı söz birləşməsidir?
A) gözəl insandır
B) gözəl insan
C) əlüzyuyan
D) tələb edilməlidir
E) günə baxan
Söz birləşmələrinin quruluşca növləri hansılardır?
A) Sərbəst və sabit
B) təsirli və təsirsiz
C) isim,sifət,fel,zərf
D) sadə və mürəkkəb
E) sadə, düzəltmə və mürəkkəb
Cümlədə müəyyən sözün digərlərinə nisbətən qüvvətli deyilməsinə ..... deyilir. Nöqtələrin yerinə nə olmalıdır?
A) heca
B) vurğu
C) söz sırası
D) məntiqi vurğu
E) ahəng qanunu
Birinci növ təyini söz birləşməsinin asılı tərəfi hansı cümlə üzvü olur?

A) mübtəda
B) xəbər
C) tamamlıq
D) zərflik
E) təyin
Birinci növ təyini söz birləşmələrindən biri sintaktik təhlil zamanı parçalanmır: 1. Yaşıl yarpaq; 2. Orta əsrlər; 3. Beş kitab; 4. Ana Vətən; 5. Yaxşı yoldaş
A) Beş kitab
B) Yaşıl yarpaq
C) Orta əsrlər
D) Ana Vətən
E) Yaxşı yoldaş
"Vətən" sözünün leksik təhlilindəki sözü göstərin.
A) Qürbət sözünün antonimidir.
B) Həm leksik, həm də qrammatik mənası var
C) Ümumişlək sözdür.
D) Sinonimi yoxdur.
E) Omonimliyi yoxdur.
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top