Tapılan ümumi test sayı : 5

Söz birləşməsində əsas və asılı tərəflər haqqında fikirlərdən biri səhvdir:
A) Dilimizdə bir qayda olaraq, əvvəl əsas söz, sonra isə asılı söz işlənir
B) Söz birləşməsini əmələ gətirən sözlərdən biri əsas, digəri ondan asılı olur
C) Asılı söz əvəzinə daha çox birinci tərəf, əsas söz əvəzinə isə ikinci tərəf ifadələri işlənir
D) Asılı söz əsas sözə tabe olur və onu müxtəlif cəhətlərdən izah edir
Asılı tərəfi isim olan təyini söz birləşməsi hansıdır?
A) Sərin yaylaqlar
B) Şüşə qab
C) Uca dağ
D) Əlvan çiçəklər
Hansı fikir yanlışdır:
A) Bəzən birinci tərəf əvəzinə tabe tərəf, ikinci tərəf əvəzinə tabeedici tərəf terminləri işlənir
B) Asılı söz əsas sözə tabe olur və onu müxtəlif cəhətdən izah edir
C) Söz birləşməsinin tərkib hissələrindən biri əsas söz, o biri isə asılı söz olur
D) Əsas söz asılı sözə tabe olur və onu müxtəlif cəhətlərdən izah edir
Söz birləşmələrinin neçə tərəfi olur?
A) 5 tərəfi
B) 2 tərəfi
C) 3 tərəfi
D) 1 tərəfi
Feli birləşmələr nəyə deyilir?
A) Feli birləşmələrin xüsusi tərifi yoxdur
B) Əsas tərəfi saylara ifadə olunan birləşmələrə feli birləşmələr deyilir
C) feli birləşmələrin əsas tərəfi felin təsriflənən formaları ilə ifadə olunur
D) Əsas tərəfi adlarla ifadə olunan birləşmələrə feli birləşmələr deyilir
E) Əsas tərəfi felin təsriflənməyən formaları ilə ifadə olunan birləşmələrə feli birləşmələr deyilir
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top