Tapılan ümumi test sayı : 13

Təyini söz birləşmələri haqqında fikirlərdən biri səhvdir:
A) Birinci növ təyini söz birləşmələrinin tərəfləri arasında məna əlaqələri olur
B) Birinci növ təyini söz birləşməsinin ikinci tərəfi əsasən sifətlə ifadə olunur
C) Formasına və məna xüsusiyyətlərinə görə təyini söz birləşmələri üç növə ayrılır
D) Birinci növ təyini söz birləşmələrin əmələ gəlməsində heç bir formal əlamət iştirak etmir
İkinci növ təyini söz birləşməsinə aid olanlardan hansı yanlışdır?
A) Bu birləşmələrin tərəfləri eyni zamanda cəmlənə bilmir
B) Bu birləşmələr mənsubiyyət şəkilçilərinin köməyi ilə əmələ gəlir
C) Birləşmənin ikinci tərəfi 3 – cü şəxsin mənsubiyyət şəkilçisini qəbul edir
D) Birləşmənin yaranması üçün birinci tərəfdə şəkilçi olmur
Üçüncü növ təyini söz birləşmələrinə aid deyil:
A) Üçüncü növ təyini söz birləşməsinin tərəfləri arasına istənilən qədər söz artırmaq olar
B) Bu birləşmələr ismin yiyəlik halının və mənsubiyyət şəkilçilərinin köməyi ilə əmələ gəlir
C) Üçüncü növ təyini söz birləşməsinin tərəfləri, əsasən, isimlərlə ifadə olunur
D) Birləşmənin 2 – ci tərəfi 3 – cü şəxsin mənsubiyyət şəkilçisi ilə düzəlir
İkinci və üçüncü növ təyini söz birləşmələri üçün fərqli xüsusiyyətlərdən biri yanlışdır:
A) Tərəflərinin, əsasən, isimlərlə ifadə olunması
B) Tərəfləri arasına istənilən qədər söz artırılması
C) Tərəflərinin həm ayrı – ayrılıqda, həm də eyni zamanda cəmlənə bilməsi
D) İkinci tərəfin hər üç şəxsin mənsubiyyət şəkilçisini qəbul etməsi
Birinci növ təyini söz birləşməsinə aid deyil:
A) İkinci tərəfi, adətən, isimlə ifadə olunur
B) Bu birləşmələrin əmələ gəlməsində heç bir formal əlamət iştirak etmir
C) Tərəfləri arasında bir sıra məna əlaqələri olmur
D) Birinci tərəfi müxtəlif nitq hissələri ilə ifadə olunur
Təyini söz birləşmələrinin neçə növü var?
A) altı
B) Üç
C) dörd
D) beş
E) iki
2-ci növ təyini söz birləşməsində neçənci tərəf əsas tərəf olur?
A) 5-ci tərəf
B) 3-cü tərəf
C) 2-ci tərəf
D) heç bir tərəf
E) 1-ci tərəf
Qeyri təyini söz birləşməsini tapın
A) Dağdan uca
B) Səndən qabaq
C) Mənim arzum
D) Ev qapısı
E) Daş ürək
Neçə təyini söz birləşməsi var?
A) 2
B) 1
C) 6
D) 3
E) 5
Təyini söz birləşmələri neçə cür olur?
A) 1
B) 3
C) 2
D) 2
E) 4
Sinfin əlaçıları neçənci növ təyini söz birləşməsidir
A) 2-ci növ
B) yoxdur
C) 1-ci növ
D) 3-cü növ
E) 5-ci növ
Təyini söz birləşmələri haqqında fikirlərdən biri səhvdir:
A) Formasına və məna xüsusiyyətlərinə görə təyini söz birləşmələri üç növə ayrılır
B) Birinci növ təyini söz birləşmələrinin əmələ gəlməsində heç bir formal əlamət iştirak etmir
C) Birinci növ təyini söz birləşmələrinin tərəfləri arasında məna əlaqələri olur
D) Birinci növ təyini söz birləşməsinin ikinci tərəfi əsasən sifətlə ifadə olunur
İkinci növ təyini söz birləşməsinin ikinci tərəfi hansıdır?
A) oturacaq
B) asılı
C) yan
D) təyini
E) əsas
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top