Tapılan ümumi test sayı : 31

1032 – 1033 – cü illərdə Azərbaycana hücum edən slavyanlar ittifaqa girmişdilər?
A) Xəzərlər və qıpçaqlarla
B) Xəzərlər və bulqarlarla
C) Alanlar və sərirlərlə
D) Qıpçaqlar və alanlarla
1032 – 1033 – cü illərdə alan, sərir və slavyanlar hücum etmişdilər:
A) Naxçıvan üzərinə
B) Şirvanşahlar üzərinə
C) Beyləqana
D) Bərdəyə
Slavyanların 944 – cü ildə Bərdəyə yürüşü zamanı şəhər hansı dövlətin tərkibində idi?
A) Salarilərin
B) Şəddadilərin
C) Sacilərin
D) Şirvanşahların
944 – cü ildə Bərdənin slavyanlara müqavimət göstərə bilməməsinin səbəbi:
A) Mosul hakiminin Salarilər dövlətinə hücum etməsi
B) Bərdəlilərin düşmən hiyləsinə aldanması
C) Yerli əhalinin zəif müqavimət göstərməsi
D) Bərdə hakiminin qüvvəsinin slavyanlardan qat – qat az olması
Slavyanların Azərbaycana 944 – cü il yürüşündə məqsədləri:
A) Sarı adasının əhalisini qarət etmək və əsir alıb aparmaq
B) Ölkəni talan və qarət edib geri qayıtmaq
C) Bakını tutub Azərbaycanda daimi qalmaq
D) Bərdəni ələ keçirmək və Azərbaycanda həmişəlik möhkəmlənmək
"Bərdə faciəsi"ndən 1000 il nə vaxt keçmişdir?
A) 2004-cü ildə
B) 1944-cü ildə
C) 1965-ci ildə
D) 1924-cü ildə
944-cü ildə Bərdədə slavyanlar nə qədər adam qətlə yetirdilər?
A) 7 min nəfər
B) 3 min nəfər
C) 20 min nəfər
D) 13 min nəfər
Slavyanlar 914-cü ildəki yürüşündən bir də neçə il sonra Azərbaycana soxuldular?
A) 35 il sonra
B) 25 il sonra
C) 30 il sonra
D) 40 il sonra
944-cü ildə Azərbaycana soxulan slavyan drujinalarına hansı knyaz başçılıq edirdi?
A) Yaroslav
B) İqor
C) Oleq
D) Svyatoslav
1032-1033-cü illərdə Şirvanşahlar dövlətinə hücum etməmişdir
A) sərirlər
B) alanlar
C) slavyanlar
D) qıpçaqlar
Slavyanlar 914-cü ildən neçə il sonra hücum edib?
A) 14 il
B) 20 il
C) 35 il
D) 2 il
E) 30 il
Slavyanlar neçə il sonra Azərbaycana yenidən yürüş etdilər?
A) 10 il sonra
B) 30 il sonra
C) 26 il sonra
D) 15 il sonra
E) 5 il sonra
1030-cu ildə Şəddadi hökmdarı Fəzl ibn Məhəmmədin oğlu Musa slavyanların köməyindən niyə istifadə etdi?
A) Qiyam qaldıran qardaşı Əskuyəyə qarşı
B) Xarici müdaxiləni dəf etmək üçün
C) Rəvvadilərə qarşı
D) Yerli əyanlara qarşı
Azərbaycan hakimlərinin slavyan yürüşləri zamanı ən böyük səhvi nə olmuşdur?
A) birləşməmələri və öz aralarındakı ixtilafları həlletmələri
B) slavyanlara kömək etmələri
C) döyüşdən qaçmaları
D) Bərdə əhalisindən şəhərdən çıxmaları
E) Azərbaycanı işğal etmələri
Slavyanların Azərbaycana yürüşlərinə aid deyil:
A) XI əsrdə də davam etməsi
B) Qarətçilik xarakteri daşıması
C) Şirvanşahlar üzərinə hücum etməsi
D) Bərdənin yandırılması
E) X əsrdən başlaması
Slavyanlar kişilərin qarşısına hansı şərtlər qoyurdu?
A) xərac vermələrini
B) slavyan qoşunlarında xidmət etməyi
C) adambaşına 20 dirhəm pul gətirməyi
D) Şəhərdən çıxıb getməyi
944-cü il yürüşündən sonra Azərbaycan hakimləri ümumi düşmənə qarşı
A) Öz daxili ixtilaflarını həll etmək üçün slavyanların qüvvələrindən istifadə etdilər
B) Qarətlərdə slavyanlarla əlbir oldular
C) Slavyanların ayaqlarını bu torpaqlardan birdəfəlik kəsdilər
D) Ümumi düşmənə qarşı birləşdilər
Azərbaycanın 1030-cu il və 1796-ci il tarixinə aid oxşar cəhət:
A) Xalq üsyanlarının baş verməsi
B) Vergilərin ləğv edilməsi
C) Rus-slavyanların hücumuna məruz qalması
D) Yeni qalaların inşası
E) Hərbi islahatların keçirilməsi
Slavyanların 914 – cü il yürüşü üçün səciyyəvi deyil:
A) Bərdənin qarət edilməsi
B) Xəzərsahili vilayətləri qarət etmələri
C) Dinc əhaliyə divan tutmaları
D) Dinc əhaliyə divan tutulması
Slavyanların 909 – cu il yürüşü üçün səciyyəvidir:
A) Xəzərsahili vilayətlərin qarət edilməsi
B) Bərdənin qarət edilməsi
C) Gəncənin qarət edilməsi
D) Dərbəndin qarət edilməsi
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top