Tapılan ümumi test sayı : 16

"Kitabi-Dədə Qorqud"dastanında "qara donlu kafirlər"in məkrli siyasətinin ən qabarıq halı olan boy hansıdır?
A) "Uzun qoca oğlu Seyrək boyu"
B) "Duxa qoca oğlu Dəli Domrul boyu"
C) "Salur Qazanın evinin yağmalanması"
D) "Bəkil oğlu İmran boyu"
Oğuzlar şəhid düşən igidin atına nə edirdilər?
A) başını kəsirdilər,
B) qulağını kəsirdilər,
C) nallarını sökürdülər,
D) quyruğunu kəsirdilər,
"Kitabi-Dədə Qorqud" dastanında oğuzlar öz içərilərində suçu(təqsiri)olanı baxışlayarkən nə edirdilər?
A) qılıncın altından keçirirdilər,
B) məzəmmət edirdilər,
C) köynəkdən keçirirdilər,
D) yurddan uzaqlaşdırırdılar,
"Kitabi-Dədə Qorqud" dastanında oğuzların qızıl pulları necə adlanırdı?
A) altun dirhəm
B) altun tümən
C) altun axça
D) altun balış
Dastanda "Qara donlu kafirlər" adlandırılmırdı?
A) Bizans feodalları
B) gürcü feodalları
C) ərəb feodalları
D) erməni feodalları
Oğuzlar üçün ən dəhşətli mənzərə nə idi?
A) yaralıların iniltisi,
B) boş qalmış yurd,
C) döyüş meydanı,
D) qardaş qırğını,
Məşhur səyyahlar Dədə Qorqudun harada dəfn olunduğunu təsdiq edirlər?
A) Naxçıvanda
B) Dərbənddə
C) Diyarbəkirdə
D) Bərdədə
"Kitabi-Dədə Qorqud" dastanında oğuzların qışlağı və yaylağı olan ərazilər hansı variantda düzgün göstərilmişdir?
A) Şirvan qışlaq, Naxçıvan yaylaq
B) Qarabağ qışlaq, Alagöz yaylaq
C) Qarabağ yaylaq, Şirvan qışlaq
D) Qarabağ qışlaq, Muğan yaylaq
Oğuzların kiçik ölüm adlandırdığı nədir?
A) qorxu
B) yuxu
C) xəyanət
D) şərab
Düşmən üzərində qələbədən sonra oğuz igidlərinə nə paylanılırdı?
A) qul
B) torpaq
C) qızıl
D) mal-qara
Neçənci ildə "Kitabi-Dədə Qorqud" dastanının 1300 illiyi qeyd olunmuşdur?
A) 2010-cu ildə
B) 2000-ci ildə
C) 1990-cı ildə
D) 2005-ci ildə
IX əsrdən Azərbaycanda elm və təhsil dilinə çevrildi,
A) türk dili
B) Azərbaycan dili
C) fars dili
D) ərəb dili
IX əsrdən etibarən Azərbaycanda hansı elmlərə maraq xeyli dərəcədə artmışdır?
A) dəqiq elmlərə
B) təbiət elmlərinə
C) dini elmlərə
D) dilçilik elminə
IX-X əsrlərə aid memarlıq abidəsi deyildir
A) Xudafərin körpüsü
B) Əlincə qalası
C) Tərtər çayı üzərində çaylaq daşından tikilmiş körpü
D) Amaras monastırı
Şamaxının Sündü kəndində mərkəzi günbəzli məscid nə vaxt inşa olunub?
A) 920-ci ildə
B) 910-cu ildə
C) 820-ci ildə
D) 1020-ci ildə
1027-ci ildə inşa olunan Xudafərin körpüsü neçə aşırımlıdır?
A) 9 aşırımlı
B) 15 aşırımlı
C) 12 aşırımlı
D) 13 aşırımlı
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top