Tapılan ümumi test sayı : 40

Naxçıvan memarlıq məktəbi nümunəsində yaranmış XII əsr abidələrinə aid deyil:
A) Marağada Göygümbəz
B) Culfada Sərdabələr
C) Urmiyada Üçgümbəz
D) Bakıda Qız qalası
“ Mühəndislər Şeyxi ” ləqəbini daşımışdır:
A) Qətran Təbrizi
B) Məsud Davud oğlu
C) Xaqani Şirvani
D) Əcəmi Əbubəkr oğlu
Memar Əcəmi tərəfindən ucaldılan abidələrdən biri deyil:
A) Yusif ibn Küseyr türbəsi
B) Möminə Xatın türbəsi
C) Qız qalası
D) Qoşaminarə
Bakıdakı Qız qalası abidəsinin müəllifi:
A) Əbdül Müsavir
B) Memar Əcəmi
C) Məsud Davud oğlu
D) N. Tusi
Marağadakı Göygümbəz abidəsi ilə Bakıdakı Qız qalasının oxşar cəhəti:
A) Hər ikisi XI əsrdə tikilmişdir
B) Hər ikisi XII əsrdə tikilmişdir
C) Hər ikisi Naxçıvan memarlıq nümunəsində tikilib
D) Hər ikisi Məsud Davud oğlu tərəfindən tikilmişdir
Möminə xatın türbəsinin inşa edilməsi
A) 1188
B) 1185
C) 1187
D) 1186
E) 1189
Yusif ibn Küseyr türbəsi neçənci ildə tikilib?
A) 1188
B) 1166
C) 1162
D) 1187
E) 1186
Memar Əcəmi Əbubəkr oğlunun sənət əsəri deyil
A) Darülmülk(Eldənizlər sarayı)
B) Möminə xatın türbəsi
C) Qoşaminarə
D) Gülüstan qalası
İbrahim Osman oğlu tərəfindən düzəldilmiş məşhur darvaza Gəncə zəlzələsindən neçə il əvvəl hazırlanmışdır?
A) 80 il əvvəl
B) 96 il əvvəl
C) 86 il əvvəl
D) 76 il əvvəl
Naxçıvan memarlıq məktəbi nə vaxt yaranıb?
A) XI əsrdə
B) IX əsrdə
C) XII əsrdə
D) XIV əsrdə
Azərbaycanda memarlıq sahəsində intibah baş- ladı?
A) XIII əsrdə
B) IX-X əsrlərdə
C) X-XI əsrlərdə
D) XI-XII əsrlərdə
XII əsr abidəsi olan Qız qalasının ölçüləri hansı variantda düzgün göstərilmişdir?
A) Hündürlüyü 28 metr, 12 mərtəbəli
B) Hündürlüyü 28 metr, 8 mərtəbəli
C) Hündürlüyü 16 metr, 8 mərtəbəli
D) Hündürlüyü 38 metr, 12 mərtəbəli,
Möminə xatın türbəsi harada inşa edilmişdir?
A) Gəncədə
B) Həmədanda
C) Naxçıvanda
D) Təbrizdə
Xəzərin qədim adlarından biri deyil
A) Quz dənizi
B) İpək dənizi
C) Kaspi dənizi
D) Ədviyyat dənizi
M.Əcəminin inşa etdirdiyi abidə
A) Bəzz qalası
B) Əlincə
C) Qoşaminarə
D) Qız qalası
E) Sənabad
Zəlzələ zamanı qarət edilmiş Gəncə darvazası hara aparılmışdır?
A) Gürcüstana
B) Şirvanşahlar dövlətinə
C) Bizansa
D) Kiyev dövlətinə
“Mühəndislər şeyxi” ləqəbi daşımış sənətkar
A) Məsud Davud oğlu
B) İbrahim Osman oğlu
C) İzzəddin Həsənoğlu
D) Əcəmi Əbubəkr oğlu
11-12 əsrlər Azərbaycan memarlıq nümunələrinin adları göstərilən uyğun cavabı seçin
A) Suraxanıda Hind atəşpərəstləri məbədi, Bayat qalası
B) Şəkidə xan sarayı, Bəzz qalası
C) Təbrizdə Həşt behişt sarayı, Ərdəbildə Şeyx Səfi məqbərəsi
D) Naxçıvanda Yusif ibn Küseyri və Möminə Xatın məqbərələri, Bakıda Qız qalası, Araz çayı üzərində Xudafərin körpüsü
E) Bakıda Şirvanşahlar sarayı, Təbrizdə Göy məscid
Təkcə Azərbaycanda deyil, bütün Şərqdə qəsidə janrı üzrə intibah ədəbiyyatının ən uca zirvəsini fəth etmişdir:
A) Xaqani Şirvani
B) Məhsəti Gəncəvi
C) Qətran Təbrizi
D) Nizami Gəncəvi
XI əsr Azərbaycan tarixini öyrənmək üçün əsərlərində qiymətli məlumatlar olan Azərbaycan şairi:
A) Fələki Şirvani
B) Nizami Gəncəvi
C) Xaqani Şirvani
D) Qətran Təbrizi
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top