Tapılan ümumi test sayı : 68

1607 – ci ilin iyununda azad olundu:
A) Gəncə
B) İrəvan qalası
C) Dərbənd
D) Şirvan
Şirvanın Səfəvi dövlətinə birləşdirilməsindən neçə il sonra I Şah Abbas buranı osamanlılardan azad etdi?
A) 65 il sonra,
B) 66 il sonra,
C) 70 il sonra,
D) 69 il sonra,
Şahzadə Abbasın şah elan edilməsindən neçə il sonra Təbriz Osmanlılardan geri alındı?
A) 3 il sonra,
B) 6 il sonra,
C) 11 il sonra,
D) 8 il sonra,
I Şah Abbasdan xüsusi göstəriş alıb, əhalinin köməyi ilə Ordubad qalasını osmanlılardan azad etdi:
A) Hacı Qəssab,
B) Bürhan Mirzə,
C) Əmirgünə xan Qacar,
D) Məhəmməd Amini,
Şahın əmri ilə Naxçıvanın əhalisi köçürüldü:
A) Culfaya,
B) Dizağa,
C) Mazandara,
D) İsfahana,
Bəndərin üsyanından neçə il sonra Gəncə osmanlılardan azad edildi?
A) 380 il sonra,
B) 371 il sonra,
C) 375 il sonra,
D) 300 il sonra,
“Böyük sürgün” adlanırdı:
A) I Şah Abbasın paytaxtı Qəzvinə köçürməsi,
B) Əhalinin zorla İsfahana, Mazandarana və baş-qa yerlərə köçürülməsi,
C) Osmanlıların Azərbaycandan qovulması,
D) Səfəvi əmirlərindən bir-neçəsinin ölkədən çıxarılması,
Hakimiyyətə gələndən sonra Səfəvilərin itirilmiş ərazilərini geri qaytarmaq və sarsılmış qüdrətini bərpa etmək üçün hərbi – inzibati islahat keçirdi:
A) I Şah Abbas
B) Məhəmməd Xudabəndə
C) I Şah Təhmasib
D) I Şah İsmayıl
Qızılbaşların təkbaşına silah gəzdirmək hüququ ləğv edildi;
Qoşun tayfa müxtəlifliyi prinsipi əsasında təşkil edildi;
Göstərilənlər aiddir:
A) I Şah İsmayıla
B) I Şah Abbasa
C) Məhəmməd Xudabəndəyə
D) Abbas Mirzəyə
1598 – ci ildə Səfəvilərin paytaxtı Qəzvindən köçürüldü:
A) Təbrizə
B) İsfahana
C) Marağaya
D) Ərdəbilə
I Şah Abbas Şeybaniləri məğlub etdi və Xorasanı yenidən Səfəvi dövlətinin tərkibinə qaytardı:
A) 1593 – cü ildə
B) 1598 – ci ildə
C) 1599 – cu ildə
D) 1578 – ci ildə
Səfəvi – Osmanlı müharibəsinin ikinci mərhələsi başa çatdı:
A) Amasiya sülhü ilə
B) İstanbul sülhü ilə
C) Mərənd sülhü ilə
D) Sərab sülhü ilə
I Şah Abbas Mərv döyüşündən neçə il sonra Şeybaniləri məğlub edib Xorasanı Səfəvi dövlətinə birləşdirdi?
A) 70 il sonra
B) 79 il sonra
C) 89 il sonra
D) 99 il sonra
Qəsri-Şirin sülhü nə zaman imzalanıb?
A) 1652
B) 1856
C) 1421
D) 1639
E) 1957
Bu şəhərlərdən biri Səfəvi dövlətinin pay-taxtı olmamışdır:
A) Təbriz,
B) Ərdəbil,
C) Qəzvin,
D) İsfahan,
I Şah Abbasın təşkil etdiyi ordunun neçə topu vardı?
A) 550
B) 800
C) 300
D) 500
Səfəvi dövləti yaranandan neçə il sonra pay- taxt İsfahana köçürüldü?
A) 101 il sonra,
B) 100 il sonra,
C) 95 il sonra,
D) 97 il sonra,
1593-cü ildə Zəncan, Xalxal, Ərdəbil, Qaraca-dağ, Qızılağac, Lənkəran vilayətləri, Qızılüzən və Kür çayları arasında yerləşən geniş ərazi hansı bəylərbəyidə birləşdirildi?
A) Azərbaycan,
B) İran,
C) Cənub,
D) Qaracadağ,
Amasiya sülhündən neçə il sonra İstanbul sülhü imzalanmışdır?
A) 35 il sonra,
B) 50 il sonra,
C) 40 il sonra,
D) 25 il sonra,
I Şah Abbasın yaratdığı qoşun növlərinə aid deyil:
A) Tüfəngçilər,
B) Qızılbaşlar,
C) Yeniçərlər,
D) Artilleriya-topçular,
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top