Tapılan ümumi test sayı : 110

1677 – ci ildə Qacar və Bayat tayfalarının qiyamı üçün səciyyəvidir:
A) Osmanlıya qarşı yönəlməsi
B) Əfqanlara qarşı yönəlməsi
C) Hacı Davuda qarşı yönəlməsi
D) Səfəvilərə qarşı yönəlməsi
Səfəvi dövlətinin iqtisadi tənəzzülünün səbəblərindən biri deyil:
A) Əkin sahələrinin azalması və su təchizatının zəif olması
B) Rəhdar sisteminin ləğv edilməsi
C) İpək Yolunun öz əhəmiyyətini tədricən itirməsi
D) Azərbaycanda istehsal olunan mallara Avropada tələbatın artması
1677 – ci ilə aiddir:
A) Şamaxıda zəlzələnin baş verməsi
B) Səfəvi – Rusiya ticarət müqaviləsi
C) Nardaran məscidinin inşası
D) Çuxursəd qiyamının baş verməsi
Çuxursəd bəylərbəyliyində baş vermiş üsyanın səbəbi nə idi?
A) Vergilərin artırılması
B) Mükəlləfiyyətlərin artırılması
C) 2 il ərzində maaşların ödənilməməsi
D) Bəylərin özbaşınalığı
Çuxursəd bəylərbəyliyində baş vermiş üsyanda iştirak etmiş tayfalar:
a) bayat
b) qacar
c) əfşar
d) oyrat
A) b,d
B) b,c
C) a,b
D) a,d
Səfəvi dövləti hüdudlarında ticarətin, əmtəə mübadiləsinin inkişafı üçün əngələ çevrilmişdi. A)Siyasi həyatdakı böhran. B)Sikkələrin xarab olması. C)Feodal əyanlarının gəlirlərinin azalması. D)Qızıl və gümüş pulların dövriyyədən çıxması. ə)İpək ixracının azalması
A) c. d
B) a. b
C) b. d
D) b. c
E) d. e
Ordubazarlarında asayişə kim başçılıq edirdi?
A) Qolbəyi
B) Darğa
C) Ordubəyi
D) Bəylərbəyi
Təbrizdə 15 min dükkanın fəaliyyət göstərdiyini, oradakı bazarın isə Avropada ən böyük bazar olduğunu göstərmiş səyyah:
A) Kempfer
B) A.Oleari
C) Streys
D) Şarden
Ölkənin daxili ticarətində müstəsna rol oynayan şəhərlərdən biri deyil:
A) Ordubad
B) Şəki
C) Ərdəbil
D) Bakı
Azərbaycanda və qonşu ölkələrdə xarici ticarət mərkəzləri idi:
A) Həftəbazarları
B) Yarmarkalar
C) Karvansaralar
D) Ordubazarları
XVII əsrin ikinci yarısında Azərbaycanda nominal pul vahidi idi:
A) Dinar
B) Abbası
C) Şahı
D) Qazıbəyi
Karvansaralarda karvansaraçı nəzarət etmirdi
A) Malların çeşidinə
B) Çəkisinin və miqdarının dürüstlüyünə
C) Ticarətin qayda qanunla aparılmasına
D) Razılaşdırılmış qiymətlərə
E) Əmtəələrin keyfiyyətinə
Əmtəə pul münasibətlərinin zəif inkişaf etdiyi bölgələrdə alver gedirdi
A) Şəhər bazarlarında
B) Həftəbazarlarda
C) Karvansaralarda
D) Ordu bazarlarda
E) Yarmarkalarda
Azərbaycanda ticarət məskənləri var idi
A) Ərəblərin
B) Farsların
C) Rusların
D) Osmanlıların
E) Hindlilərin
Azərbaycanın bu şəhərində pul hazırlanan zərbxana yox idi
A) Ərdəbil
B) İrəvan
C) Bakı
D) Gəncə
E) Təbriz
Osmanlılar Azərbaycandan almağa çox maraq göstərirdilər
A) Qara və ağ neft
B) Xalça və palaz
C) Cins atlar və dəvələr
D) Zəfəran
E) Xırda buynuzlu heyvanlar
Ordu bazarlarda qiymətlər şəhər bazarlarındakı qiymətlərdən(lə) ..
A) mövsümə görə fərqlənirdi
B) yüksək olurdu
C) siyasi vəziyyətə görə fərqlənirdi
D) eyni idi
E) aşağı olurdu
XVII əsrin II yarısında ticarət dövriyyəsi və sənətkarlıq istehsalı baxımından xüsusilə fərqlənirdi
A) Naxçıvan.
B) Ordubad
C) Ərdəbil
D) Bakı
E) Təbriz
XVII əsrin ikinci yarısında Azərbaycanda sənətkarların bölündüyü qruplardan biri deyil:
A) Xüsusi təşkilatlarda birləşənlər
B) Sarayda fəaliyyət göstərənlər
C) İri feodal emalatxanalarında işləyənlər
D) Fərdi fəaliyyət göstərənlər
XVII əsrin ikinci yarısında Azərbaycanda mühüm sənətkarlıq mərkəzi idi:
A) Təbriz
B) Marağa
C) Bakı
D) Ərdəbil
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top