Tapılan ümumi test sayı : 110

XVII əsrin ikinci yarısında Azərbaycanda vergi verən əhali adlanırdı:
A) Rəiyyət
B) Hampa
C) Elat
D) Rəncbər
XVII əsrin ikinci yarısında Azərbaycanda məşğuliyyəti olmayan kəndlilər adlanırdı:
A) əkər
B) rəiyyət
C) elat
D) hampa
Orta əsrlərdə Yaxın Şərq ölkələrində, o cümlədən Azərbaycanda torpaq və sudan istifadəyə görə kəndlilərdən məhsulla alınan vergi:
A) Künəlgə
B) Dəhyek
C) Malcəhət
D) Bəhrə
Kəndlilərin feodalın və ya dövlətin nəfinə zorla, havayı işləməsi adlanırdı:
A) Əvrəz
B) Dəhyek
C) Biyar
D) Çöl pulu
Kəndlilərdən natura şəklində alınan vergi:
A) İxracat
B) Bəhrə
C) Cizyə
D) Dəhyek
Hakimiyyətin nisbətən aşağı pilləsində xidmət edən şəxslər üçün verilən vergi:
A) İxracat
B) Rüsum
C) Dəzgahbaşı
D) Əvrəz
E) Dəstəndaz
Azərbaycanda elat başçıları nə titulu daşıyırdı?
A) gözətçi
B) Sultan
C) elat
D) qızılbaş
E) elxan
Hərbi-feodal əyanlarının II təbəqəsinə kimlər aid idi?
A) Şah qulamları içindən çıxmış hərbi sərkərdələr
B) kəndlilər
C) qızılbaş tayfalarından olmayan yerli türk tayfaları
D) sənətkarlar
E) qızılbaş hərbi-feodal əyanları
Kəndlilərdən alınan əsas torpaq və gəlir vergisi adlanırdı
A) Cüftbaşı və tərh
B) İxracat və rüsum
C) Bağbaşı və dəhyek
D) Dəhyek və dəzgahbaşı
E) Malcəhət və bəhrə
XVII əsrin ikinci yarısında Azərbaycanda aparıcı torpaq mülkiyyət formaları:
A) Tiyul, camaat
B) Mülk, tiyul
C) Divan, xalisə
D) Mülk, vəqf
XVII əsrin ikinci yarısında azad alış satış obyekti olan torpaq mülkiyyəti:
A) Xalisə
B) Tiyul
C) Mülk
D) Divan
Cəmiyyətin əsas istehsalçısı və vergi verən təbəqəsini təşkil edirdi:
A) İri feodallar
B) Tacirlər
C) Ruhanilər
D) Kəndlilər
Hərbi və mülki məmurlara məxsus şərti torpaq sahələri adlanırdı:
A) Divan
B) Vəqf
C) Tiyul
D) Camaat
Divandan əldə edilmiş bütün gəlirlər sərf edilirdi:
A) Xarici ticarətin inkişaf etdirilməsinə
B) Şah və onun ailəsinə
C) Dövlət xərclərinin ödənilməsinə
D) Şəhərlərin abadlaşdırılmasına
Kəhriz nə idi?
A) Yeraltı suları toplamaq və yer səthinə çıxarmaq üçün yeraltı qurğu
B) Arıçılıqda istifadə edilirdi
C) Heç biri
D) Arpa biçimində istifadə olunurdu
E) Boyaqotunu almaq məqsədi ilə istifadə olunur
Tütün bitkisini Azərbaycana gətirmişdilər
A) İspanlar
B) Portuqaliyalılar
C) İngilislər
D) Fransızlar
E) Türklər
Şərti xarakter daşımış torpaq mülkiyyəti formaları:
A) vəqf, mülk
B) tiyul, soyurqal
C) xalisə, divani
D) mülk, tiyul
E) xalisə, iqta
Azərbaycanın hansı şəhərləri buğda əkini sahələrinin məhsuldarlığı ilə məşhur idi?
A) Təbriz, Gəncə
B) Gəncə, Şamaxı
C) Şirvan, Xoy
D) Marağa, Naxçıvan
E) Təbriz, Ərdəbil
Xostak, Tiyul, Bəylik-ağalıq torpaqlarının ortaq cəhəti
A) Hər üçü Osmanlıların dövründə yaranmışdı
B) Hər üçü irsi did
C) Hər üçü Sasanilərin dövründə yaranmışdı
D) Hər üçü Səfəvilərin dövründə yaranmışdı
E) Hər üçü şərti idi
Övliyya Çələbi 7 növ buğda və arpa yetişdirildiyini göstərirdi
A) Ərdəbil vilayətində
B) Qarabağda
C) Arazın şimal sahillərində
D) Təbriz ətrafında
E) Şamaxıda
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top