Tapılan ümumi test sayı : 110

XVII əsrin ikinci yarısında Azərbaycanda vergi verən əhali adlanırdı:
A) Rəncbər
B) Hampa
C) Elat
D) Rəiyyət
XVII əsrin ikinci yarısında Azərbaycanda məşğuliyyəti olmayan kəndlilər adlanırdı:
A) əkər
B) hampa
C) rəiyyət
D) elat
Orta əsrlərdə Yaxın Şərq ölkələrində, o cümlədən Azərbaycanda torpaq və sudan istifadəyə görə kəndlilərdən məhsulla alınan vergi:
A) Künəlgə
B) Bəhrə
C) Malcəhət
D) Dəhyek
Kəndlilərin feodalın və ya dövlətin nəfinə zorla, havayı işləməsi adlanırdı:
A) Biyar
B) Əvrəz
C) Çöl pulu
D) Dəhyek
Kəndlilərdən natura şəklində alınan vergi:
A) Cizyə
B) Bəhrə
C) İxracat
D) Dəhyek
Hakimiyyətin nisbətən aşağı pilləsində xidmət edən şəxslər üçün verilən vergi:
A) Əvrəz
B) Dəzgahbaşı
C) İxracat
D) Rüsum
E) Dəstəndaz
Azərbaycanda elat başçıları nə titulu daşıyırdı?
A) elat
B) qızılbaş
C) elxan
D) gözətçi
E) Sultan
Hərbi-feodal əyanlarının II təbəqəsinə kimlər aid idi?
A) Şah qulamları içindən çıxmış hərbi sərkərdələr
B) qızılbaş tayfalarından olmayan yerli türk tayfaları
C) sənətkarlar
D) kəndlilər
E) qızılbaş hərbi-feodal əyanları
Kəndlilərdən alınan əsas torpaq və gəlir vergisi adlanırdı
A) İxracat və rüsum
B) Malcəhət və bəhrə
C) Bağbaşı və dəhyek
D) Cüftbaşı və tərh
E) Dəhyek və dəzgahbaşı
XVII əsrin ikinci yarısında Azərbaycanda aparıcı torpaq mülkiyyət formaları:
A) Mülk, vəqf
B) Mülk, tiyul
C) Divan, xalisə
D) Tiyul, camaat
XVII əsrin ikinci yarısında azad alış satış obyekti olan torpaq mülkiyyəti:
A) Mülk
B) Tiyul
C) Divan
D) Xalisə
Cəmiyyətin əsas istehsalçısı və vergi verən təbəqəsini təşkil edirdi:
A) Kəndlilər
B) Tacirlər
C) Ruhanilər
D) İri feodallar
Hərbi və mülki məmurlara məxsus şərti torpaq sahələri adlanırdı:
A) Divan
B) Tiyul
C) Vəqf
D) Camaat
Divandan əldə edilmiş bütün gəlirlər sərf edilirdi:
A) Şah və onun ailəsinə
B) Dövlət xərclərinin ödənilməsinə
C) Xarici ticarətin inkişaf etdirilməsinə
D) Şəhərlərin abadlaşdırılmasına
Kəhriz nə idi?
A) Arpa biçimində istifadə olunurdu
B) Boyaqotunu almaq məqsədi ilə istifadə olunur
C) Heç biri
D) Yeraltı suları toplamaq və yer səthinə çıxarmaq üçün yeraltı qurğu
E) Arıçılıqda istifadə edilirdi
Tütün bitkisini Azərbaycana gətirmişdilər
A) Portuqaliyalılar
B) Fransızlar
C) İngilislər
D) İspanlar
E) Türklər
Şərti xarakter daşımış torpaq mülkiyyəti formaları:
A) xalisə, iqta
B) xalisə, divani
C) tiyul, soyurqal
D) vəqf, mülk
E) mülk, tiyul
Azərbaycanın hansı şəhərləri buğda əkini sahələrinin məhsuldarlığı ilə məşhur idi?
A) Təbriz, Ərdəbil
B) Təbriz, Gəncə
C) Gəncə, Şamaxı
D) Marağa, Naxçıvan
E) Şirvan, Xoy
Xostak, Tiyul, Bəylik-ağalıq torpaqlarının ortaq cəhəti
A) Hər üçü Sasanilərin dövründə yaranmışdı
B) Hər üçü irsi did
C) Hər üçü şərti idi
D) Hər üçü Səfəvilərin dövründə yaranmışdı
E) Hər üçü Osmanlıların dövründə yaranmışdı
Övliyya Çələbi 7 növ buğda və arpa yetişdirildiyini göstərirdi
A) Təbriz ətrafında
B) Ərdəbil vilayətində
C) Şamaxıda
D) Qarabağda
E) Arazın şimal sahillərində
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top