Tapılan ümumi test sayı : 153

Gavduşan döyüşündəki məğlubiyyətdən sonra Fətəli xan diplomatik münasibətləri canlandırmağa xüsusi diqqət verirdi:
A) Dağıstan hakimləri ilə
B) Rusiya ilə
C) Gürcüstanla
D) İranla
1775 – ci ildə Rusiyaya nümayəndə heyəti göndərmişdi:
A) Bakı xanlığı
B) Şəki xanlığı
C) Quba xanlığı
D) Dərbənd xanlığı
Georgiyevsk traktatına əsasən Rusiyanın himayəsinə keçdi:
A) Şimali Qafqaz
B) Gürcüstan
C) İran
D) Quba xanlığı
XVIII əsrin 50 – ci illərində Gürcüstanla münasibətləri gərgin olan xanlıq:
A) Gəncə xanlığı
B) Şəki xanlığı
C) İrəvan xanlığı
D) Quba xanlığı
Gürcüstanla “ dostluq ” münasibətləri vardı:
A) Gəncə xanlığının
B) Şəki xanlığının
C) Qarabağ xanlığının
D) İrəvan xanlığının
Qafqazda işğalçılıq planlarını reallaşdırmaq üçün Rusiyanın həyata keçirdiyi hərbi strateji tədbirlərə aid olmayanını müəyyən edin
A) Rusiya Osmanlı imperiyası ilə apardığı müharibələrdə xanlıqların hərbi köməyindən istifadə etməyə çalışırdı
B) Qafqazda işğal edilmiş torpaqlarda ruslar məskunlaşdırılırdı
C) Qafqazda rus qoşunlarının sayı artırılırdı
D) Azərbaycanın şimal xanlıqları ilə zahiri dostluq münasibətləri yaratmağa cəhd edilirdi
E) Qafqaz xətti möhkəmləndirilirdi
II Yekaterina 1770-ci ildə xarici işlər kollegiyasına göstəriş vermişdi
A) Rusiya ilə Gürcüstan arasındakı münasibətləri nizama salmaq haqqında
B) Gürcüstanla Qarabağ xanlığı arasında münasibətləri nizama salmaq haqqında
C) Rusiya ilə Gəncə xanlığı arasında münasibətləri nizama salmaq haqqında
D) Gürcüstanla Quba xanlığı arasında münasibətləri nizama salmaq haqqında
E) Rusiya ilə Quba xanlığı arasındakı münasibətləri nizama salmaq haqqında
Rus çariçasının 1775-ci ildə Quba xanı Fətəli xanın göndərdiyi məktubundakı təklifləri rədd etməsinin əsas səbəbi
A) Rusiyanın Quba xanlığını İranın tərkib hissəsi hesab etməsi
B) Fətəli xanın irəli sürdüyü təklifin Rusiyanı təmin etməməsi
C) Avropa dövlətlərinin Rusiyanın Qafqazdakı siyasətinə düşməncəsinə münasibəti
D) Rusiyanın İranla qonşuluq münasibətlərinə xüsusi önəm verməsi
E) Rusiyanın həmin dövrdə Osmanlı imperiyası ilə yeni müharibəyə hazırlaşması
Xarici siyasətində Azərbaycan torpaqlarının birləşdirilməsinə xüsusi diqqət yetirən xanlar:
1. Urmiya, 2. Lənkəran, 3. Təbriz, 4. Quba, 5. Şəki, 6. Qarabağ.
A) 1,4,5.6
B) 2.3,5,6
C) 2.3.4,5
D) 1,3.5,6.
Azərbaycan xanlıqlarının münasibət saxladıqları dövlətlər sırasına daxil deyil:
A) İran
B) Osmanlı dövləti
C) Rusiya
D) Fransa
1175 – 1776 – cı illərdə Fətəli xanla elçilər münasibəti oldu:
A) Kərim xan Zənd arasında
B) Urmiyalı Fətəli xan Əfşar arasında
C) Gilan hakimi Hidayət xan arasında
D) Qaradağ hakimi Kazım xan arasında
1785 – ci ildə İstanbula elçilər göndərmiş xanlıqlar:
A) Şəki, Şamaxı və Quba
B) Naxçıvan, İrəvan və Qarabağ
C) Qarabağ, Quba və Şəki
D) Balı, Quba və Dərbənd
Ağa Məhəmməd xan Qacarın hakimiyyətə gəlməsi ilə Cənubu Qafqazın siyasi həyatında rolu artmağa başladı:
A) Gürcüstanın
B) Osmanlı imperiyasının
C) Rusiyanın
D) İranın
İmtiyazlı təbəqə idi;
Rütbəsi xan tərəfindən verilirdi;
Xanlıqda asayiş qoruyucusu idilər;
Göstərilənlər aiddir:
A) Rəncbərlərə
B) Maaflara
C) Məliklərə
D) Elatlara
Xan sarayında maliyyə işlərinə baxırdı:
A) Baş vəzir
B) Sərkərəli
C) Anbar ağası
D) Eşikağası
Natural vergilərin yığılması ilə məşğul olurdular:
A) Naiblər
B) Kəndxudalar
C) Yasavullar
D) Darğalar
Xanlıqlar inzibati cəhətdən bölünürdü:
A) Kəndlərə
B) Mahallara
C) Bəylərbəyiliklərə
D) Nahiyələrə
Xanın yanında məşvərətçi səslə divan və ya xan şurası fəaliyyət göstərdiyi bölgələr:
1. Şəki, 2. Şirvan, 3. Lənkəran, 4. İrəvan, 5. Quba, 6. Dərbənd, 7. Qarabağ.
A) 1,2,5,7
B) 1,5,6,7
C) 2.4,6,7
D) 1,2,3.4
Saray məmurları sırasına daxil deyildir
A) Vəzirlər
B) Anbar ağası
C) Qazılar
D) Eşikağası
E) Sərkərəlilər
Xan qoşununun əsas hissəsini təşkil edirdi
A) Bəylər
B) Rəncbərlər
C) Rəiyyətlər
D) Sultanlar və məliklər
E) Maaflar
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top