Tapılan ümumi test sayı : 88

Mərənd döyüşü nə vaxt olub
A) 1829 oktyabr 5
B) 1827 oktyabr4
C) 1826 oktyabr 2
D) 1827 oktyabr 2
E) 1826 dekabr 2
1827-ci ildə yenidən başlanan hərbi əməliyyatlarda rus komandanlığı ilk növbədə işğal etməyi qarşısına məqsəd qoymuşdu
A) Sərdarabad qalasını
B) İrəvan xanlığını
C) İrəvan xanılığını
D) İrəvan və Naxçıvan xanlıqlarını
E) Abbasabad qalasını
Xronoloji ardıcıllığı müəyyən edin.- - - - - - a)Xudafərin körpüsünün ruslar tərəfindən tutulması. B)Abbasabad qalasının ruslar tərəfindən tutulması. C)Cavanbulaq döyüşü. - - -d)Sərdərabad qalasının tutulması. E)Naxçıvanın döyüşsüz təslim olması
A) b.c.d.e.a
B) a.c.e.d.b
C) a.e.c.b.d
D) a.e.d.c.b
E) a.b.c.d.e
“Təbriz xalqımızın qeyrətidir. Bu yolda ölmək hər bir Azərbaycan türkü üçün şərəfli iş olmalıdır. Çalışmalıyıq ki kafirlər(ruslar) bu gözəl şəhərimizdə at oynatmasınlar. Sizi mübarizəyə səsləyirəm”- deyə əhaliyə müraciət etmişdi
A) Təbriz ruhanilərinin başçısı Ağa Mirfəttah
B) Abbas Mirzə
C) Təbriz qubernatoru Fətəli xan
D) Fətəli şah
E) Şah qarnizonunun başçısı Allahyar xan
İngiltərənin vasitəçiliyi ilə 1823 – cü ildə İranla hansı dövlət arasında əməkdaşlıq haqqında müqavilə bağlanmışdı?
A) İtaliya ilə
B) Fransa ilə
C) Rusiya ilə
D) Osmanlı dövləti ilə
Rusiya ilə müharibə etmək üçün İrana müəyyən qədər maliyyə vəsaiti buraxmaqla silah və sursat yardımı göstərirdi:
A) İtaliya
B) Osmanlı dövləti
C) İngiltərə
D) Fransa
Rusiya işğalı əleyhinə 1826 – cı il iyulun 27 – də harada üsyan baş vermişdi?
A) Qubada
B) Şəkidə
C) Gəncədə
D) Bakıda
1814 – cü il noyabrın 25 – də Tehranda İngiltərə - İran müqaviləsi bağlandı:
A) Osmanlı dövlətinə qarşı
B) Azərbaycan xanlıqlarına qarşı
C) Rusiyaya qarşı
D) Fransaya qarşı
İkinci Rusiya – İran müharibəsinin gedişində həlledici döyüş:
A) Aslandüz döyüşü
B) Gəncə döyüşü
C) Qarababa döyüşü
D) Şəmkir döyüşü
1826-cı ilin iyulun 27-də yerli əhali üsyan qaldıraraq bu şəhərdən rus qarnizonunu qovmuş sonra isə şəhər Abbas Mirzənin qoşunu tərəfindən tutulmuşdu
A) Salyan
B) Bakı
C) Gəncə
D) Şuşa
E) Lənkəran
1826-cı ildə başlayan II Rusiya - İran müharibəsində bu Azərbaycan şəhərinin uzunmüddətli mühasirəsi İran komandanlığının ciddi səhvi idi və bu ruslara öz qüvvələrini cəmləmək imkanı vermişdi
A) Gəncə
B) Şuşa
C) Şamaxı
D) Lənkəran
E) Bakı
Rusiyanın Cənubi Qafqazda möhkəmlənməsi ciddi narahat edirdi
A) Fransanı
B) Osmanlı dövlətini
C) İngiltərəni
D) ABŞ-ı
E) Almaniyanı
XIX əsrin 20-ci illərində Rusiyanı bir müddət İranla müharibə etmək fikrindən daşındırırdı
A) Fransa ilə münasibətlərin gərginləşməsi
B) Dağlı xalqlarının azadlıq uğrunda mübarizəsi
C) “Şərq məsələsi”nin kəskinləşməsi
D) Rusiyanın daxilində inqilabi hərəkatın yüksələsi
E) Osmanlı dövlətinin Rusiyanı yeni müharibə ilə təhdid etməsi
1826-cı ildə Azərbaycanın şimal hissəsinə daxil olub iki istiqamətdə hücuma başlayan İran ordusunda təmsil olunan Azərbaycan xanları.- - a)Şəkili Hüseyn xan.B)Gəncəli Uğurlu xan c)Lənkəranlı Mir Həsən xan. D)Bakilı Hüseynqulu xan. E)Şirvanlı Mustafa xan
A) b. c. d
B) a. b. c
C) a. b. d
D) c. d. e
E) b. d. e
1ci Rusiya İran müharibəsi hansı müqavilə ilə başa çatdı?
A) Gülüstan
B) Edirne
C) Kürəkçay
D) Türkmənçay
İran şahı Rusiya ilə müharibəyə hazırlaşarkən hansı fürsətdən istifadə etmək istəyirdi
A) Rusiya - İngiltərə münasibətlərinin gərginləşməsindən
B) 1825-ci ildə Rusiyanın paytaxtında baş verən dekabristlər üsyanının yaratdığı qarışıqlıqdan
C) Rusiyanın başının dağlı xalqları ilə mübarizəyə qarışmasından
D) İngiltərə və Fransanın İrana Rusiyaya qarşı müharibədə kömək vədindən
E) Rusiyanın başının “Şərq məsələsi”nə qarışmasıdan
1826-cı ildə Şimali Azərbaycanda hərbi əməliyyata başlayan İran qoşunlarının əsas hücum hədəfi idi
A) Bakı və Şamaxı
B) Lənkəran və Qarabağ
C) Qarabağ və Gəncə
D) Qarabağ
E) Lənkəran
Menşikovun başçılığı ilə Rusiyanın Tehrana danışıqlar aparmaq və ərazi məsələlərini həll etmək üçün göndərilmiş nümayəndə heyətinə II Nikolay hansı əraziləri İrana güzəştə getmək barədə tapşırıq vermişdi
A) Lənkəran və Cavad xanlığının bir hissəsini
B) Lənkəran xanlığını
C) Qarabağ və Lənkəran xanlığının bir hissəsini
D) Qarabağ xanlığını
E) Qarabağ və Şəki xanlığının bir hissəsini
İkinci Rusiya – İran müharibəsində İran qoşunlarına kim başcılıq edirdi?
A) Cavad xan
B) Baba xan
C) Abbas Mirzə
D) Nadir xan
Iran bu müqavilənin bağlanmasını özü üçün rüsvayçılıq hesab edirdi
A) Kürəkcay müqavilələrini
B) Gülüstan müqaviləsini
C) Türkmənçay müqaviləsini
D) 1823-cü ildə İranla osmanlı dövləti arasında bağlanan əməkdaşlıq haqqında müqaviləni
E) 25 noyabr 1814-cü il Tehran müqaviləsini
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top