Tapılan ümumi test sayı : 65

Neçə? Nə qədər? Neçənci? sualları hansı nitq hissəsinin suallarıdır?
A) İsmin
B) Sifətin
C) Sayın
D) Zərfin
Verilənlərdən biri əsas nitq hissələrinə aid deyil:
A) Sifət
B) İsim
C) Fel
D) Ədat
Nitq hissələri haqqında verilmiş fikirlərdən hansı səhvdir?
A) Nitq hissələrini dilçiliyin morfologiya şöbəsində öyrənirlər
B) Bütün nitq hissələri suala cavab verir
C) Sözlər danışıqları qrammatik xüsusiyyətlərinə görə nitq hissələrini əmələ gətirir
D) Nitq hissələri iki hissəyə bölünür
Nitq hissələri diliçiliyin hansı şöbəsində öyrənilir?
A) Leksikologiya
B) Fonetika
C) Morfologiya
D) Sintaksis
Nitq hissələri və onların dəyişilməsi qaydalarını öyrənən dilçilik şöbəsi adlanır:
A) Morfologiya
B) Orfoqrafiya
C) Sintaksis
D) Leksikologiya
Verilənlərdən biri köməkçi nitq hissəsinə aid deyil:
A) Fel
B) Qoşma
C) Bağlayıcı
D) Ədat
Hansı nitq hissəsi deyil?
A) Ədat
B) Leksika
C) Qoşma
D) İsim
E) Sifət
Köməkçi nitq hissəsi hansılardır?
A) Ədat
B) Qoşma, bağlayıcı, ədat, modal sözlər, nida
C) Modal sözlər
D) Bağlayıcı
E) Nida
Aşağıdakı sözlərdən biri isim deyil:
A) dəmir
B) qızıl
C) qara
D) bürünc
E) bal
Aşağıdakılardan hansılar ismin sualı deyil?
A) nə? hara?
B) kim? nə?
C) kim? nə? necə?
D) kim? nə? hara?
E) kim? hara?
Bunlardan hansı köməkçi nitq hissəsidir?
A) nida
B) fel
C) isim
D) zərf
E) zərflik
Aşağıdakılardan hansı həm sifət həm də zərf kimi işlənə bilmir?
A) düz
B) asta
C) güclə
D) cəld
E) sakit
Hansı isimdir?
A) şirin
B) qaçmaq
C) göygöz
D) çirkli
E) Pərviz
Aşağıdakılardan hansı fel deyil?
A) öyrəndi
B) danışır
C) gördü
D) yavaşca
E) gələcək
Aşağıdakılardan hansı əvəzlik deyil?
A) onlar
B) siz
C) mənlik
D) biz
E) hara
Hansı mürəkkəb söz deyil?
A) Ağ daş
B) Kürdəmir
C) Daşkəsən
D) Qarabağ
E) İtburnu
neçə əsas nitq hissəsi var?
A) yeddi
B) altı
C) iki
D) bir
E) beş
Aşağıdakılardan hansı isim deyil?
A) cırtdan
B) qaçmadan
C) Aydan
D) şamdan
E) güldan
Abreviatura nəyə deyilir?
A) Ümumişlək sözlərə
B) Alınma sözlərə
C) Mürəkkəb adın ixtisarına
D) Dialekt sözlərə
E) Əsl Azərbaycan sözlərinə
Hansı nitq hissəsi əsas deyil?
A) Say
B) Fel
C) İsim
D) Qoşma
E) Sifət
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top