Tapılan ümumi test sayı : 65

Əhsən,nəhayət,və, .... sıralanmaya uyğun gəlməyən söz hansıdır?
A) Ancaq
B) Lap
C) Gün
D) Bəlkə
E) Həqiqətən
Aşağıdakılardan hansısı zərfdir?
A) Arabir.
B) Deyir.
C) Gözəl.
D) Lakin.
Hansı əsas nitq hissələrinə aid xüsusiyyətdir
A) yalnız qrammatik mənası olur
B) cümlə üzvü kimi işlən bilmir
C) cümlə üzvü kimi işlənə bilir
D) heç bir suala cavab vermir
Aşağıdakılardan hansı əsas nitq hissəsidir?
A) Zərf.
B) Qoşma.
C) Nida.
D) Ədat.
Əsas nitq hissələri hansı mənanı daşıyır?
A) Leksik mənanı.
B) Qrammatik mənanı.
C) Köməkçi mənanı.
D) Əsas mənanı.
Morfologiya nədən bəhs edir
A) sinonim
B) antonim
C) nitq hissələri
D) paronim
E) omonim
İsim hansı nitq hissəsinə aiddir?
A) Köməkçi nitq hissəsinə
B) Əsas nitq hissəsinə
C) Sifətə aiddir
D) Saya aiddir
Aşağıdakılardan hansının leksik mənası yoxdur?
A) İsim
B) Arzu
C) Nida
D) Əmr
E) Sifət
Sözlərdən biri həm isim, həm də sifət kimi işlənə bilər
A) kədər
B) göl
C) tənlik
D) mürəkkəb
E) ağlağan
“Bir neçə dəqiqədən sonra” cümləsində “bir neçə” hansı nitq hissəsidir?
A) say
B) əvəzlik
C) sifət
D) ədat
E) qoşma
Bunlarda hansı köməkçi nitq hissəsi deyil?
A) Qoşma
B) Ədat
C) Bağlayıcı
D) Əvəzlik
E) Nida
O hansı nitq hissəsidir ki, bütün nitq hissələrini əvəz edir?
A) Əvəzlik
B) Sifət
C) İsim
D) Fel
E) Say
Nümunədə neçə nitq hissəsi var?"Qatar vağzaldan çıxanacan dostunla vidalaş"
A) 6
B) 5
C) 8
D) 7
E) 3
Bir cur yazılan şəkilçilər hansılardır?
A) -lar
B) -ki
C) -xana
D) -ıcı
E) -dan
Dilimizdə neçə əsas, neçə köməkçi nitq hissəsi vardır?
A) Düzgün cavab yoxdur
B) 5 əsas, 5 köməkçi
C) 5 əsas, 6 köməkçi
D) 6 əsas, 6 köməkçi
E) 6 əsas, 5 köməkçi
Bostanda tağım ağlar,                                              Basma yarpağım ağlar.                                            Sağ qaldıqca  mən özüm,                                      Ölsəm torpağım ağlar.                                   Şeirdəki mənsubiyyət şəkilçili sözləri seçin.
A) tağım, özüm
B) ağlar, yarpağım, sağ qaldıqca
C) bu misralarda mənsubiyyət şəkilçili sözlər yoxdur
D) tağım, yarpağım, özüm, torpağım
E) bostanda basma
Əsas nitq hissələri ilə köməkçi nitq hissələri bir-birindən nə ilə fərqlənir?
A) əsas nitq hissəsi olmaqla
B) morfologiyada birinci olmalarına görə
C) qrammatik mənası olması ilə
D) ən çox istifadə edilməsi ilə
E) leksik mənasının olması ilə
1.Bax gör nə edirəm.2.Sən bir o tərəfə bax. Hansında bax ədatdır
A) hər ikisində
B) 2-ci də
C) 1-ci də
D) heç birində
E) bax həmişə feldir
Şəxs əvəzliyi hansı nitq hissəsini əvəz edir və hansı suallara cavab verir?
A) İsmi əvəz edir və kim? sualına cavab verir
B) Nitq hissəsi deyil
C) Əvəz etmir heç bir suala cavab vermir
D) İsimi əvəz edir və kim? nə? suallarına cavab verir
Sifətin adi dərəcəsinin şəkilçisi  hansıdır?
A) leksik şəkilçilər
B) az, təhər
C) -lar, -lər
D) -ımtıraq
E) şəkilçisi yoxdur
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top