Tapılan ümumi test sayı : 5

Cümlə üzvlərinin sırasının pozulması haqqında fikirlərdən hansı səhvdir?
A) Şeirlərdə cümlə üzvlərinin sıralanmasının nisbi sərbəstliyi təbiidir
B) Mübtəda ilə xəbər heç vaxt yerini dəyişmir
C) Bəzən cümlə üzvlərinin qanunauyğunluqla sırası pozulur
D) Cümlə üzvləri müəyyən qanunauyğunluqla sıralanır
Hansı fikir səhvdir?
A) Mübtəda ilə xəbər yerini dəyişdikdə cümlə üzvlərinin sırası pozulur
B) Dilimizdə zərfliklərin cümlənin əvvəlində işləndikləri halları yoxdur
C) Yalnız baş üzvlərdən ibarət olan cümlələrdə əvvəl mübtəda, sonra xəbər işlənir
D) Cümlə üzvləri müəyyən qanunauyğunluqla sıralanır
Hansı cümlədə cümlə sırası pozulmamışdır?
A) Dünən məktəbimizdə gənc şairlərlə görüş keçirildi
B) Axşam narın yağış yağırdı
C) Zarafatdır bəyəm hökumət işi
D) Müəllim yeni sözləri ucadan və xüsusi vurğu ilə deyirdi
Qeyri-müəyyənlik bildirən vasitəsiz tamamlığı cümlədə hansı cümlə üzvündən ayırmaq olmur?
A) zərflikdən
B) xəbərdən
C) mübtədadan
D) təyindən
Cümlədə hansı cümlə üzvünün yeri sabit qalır?
A) xəbər
B) zərflik
C) mübtəda
D) təyin
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top