Tapılan ümumi test sayı : 19

Mürəkkəb cümlə haqqında deyilənlərdən hansı yanlışdır?
A) İki sözün birləşməsi ilə yaranan yeni mənalı sözlər mürəkkəb cümlə adlanır
B) Mürəkkəb cümləni əmələ gətirən sadə cümlələr bir – birilə sintaktik cəhətdən iki cür bağlanır
C) İki və daha artıq sadə cümlənin birləşməsindən ibarət olan cümlələrə mürəkkəb cümlə deyilir
D) Mürəkkəb cümlələr iki növə ayrılır
Bu cümlələrdən hansı mürəkkəb cümlə deyil:
A) Uzaqdan toplar guruldayır, pulemyotlar havaya od sovururdu
B) İmran həyətdən yenicə çıxmışdı ki, Badam xala gəldi
C) Göyərtədə adam çox idi, lakin kimsə dinmirdi
D) Uşaq həm çalışqandır, həm də intizamlıdır
Mürəkkəb cümlələr neçə növə ayrılır?
A) 3
B) 4
C) 2
D) 1
Tabesiz və tabeli mürəkkəb cümlələrin oxşar cəhətləri nədir?
a) hər ikisi iki və daha artıq sadə cümlənin birləşməsindən əmələ gəlir
b) hər iki mürəkkəb cümlələrin tərkib hissələri tabesizlik bağlayıcıları ilə əlaqələnir
c) hər ikisinin tərkib hissələri arasında zaman, qarşılaşdırma, səbəb, nəticə və s. kimi məna əlaqələri olur
d) hər iki mürəkkəb cümlələrin tərəfləri bərabərhüquqlu olur
A) b,c
B) a,c
C) c,d
D) a,d
Cümlələrdən biri quruluşca mürəkkəb deyil:
A) Elə özü deyir, özü də eşidirdi
B) Ön sırada şagirdlər, arxa sırada isə müəllimlər oturmuşdular
C) Hamı üşüyürdü, lakin heç kəs səsini çıxarmırdı
D) Arabir göy guruldayır, yağış güclənirdi
Səbəb -nəticə əlaqəli tabesiz mürəkkəb cümləni ardıcıllıq əlaqəli tabesiz mürəkkəb cümlədən fərqləndirən cəhətlər nədir?
A) ardıcıllıq əlaqəli mürəkkəb cümlələr isə iki sayda tərkib hissədən ibarət olur.
B) ardıcıllıq əlaqəli mürəkkəb cümlədə işin ardıcıl icrası baş vermir.
C) səbəb-nəticə əlaqəli tabesiz mürəkkəb cümlədə tərəflərdən biri görülmüş işin səbəbini, digəri isə nəticəsini bildirir.
D) heç biri düzgün variant deyil.
E) səbəb-nəticə əlaqəli mürəkkəb cümlə iki tərkib hissədən ibarət olmur.
Hansı bağlayıcı merəkkəb cümlənin tərəflərini bağlamır?
A) ancaq
B) yəni
C) belə ki
D) ilə
E) hərçənd
Mürəkkəb cümlənin neçə novu var?
A) 3
B) 5
C) 2
D) 4
E) 6
Mürəkkəb cümlənin hansı növləri var?
A) tabeli, tabesiz
B) düzəltmə
C) əmr
D) sadə
E) fonetika
Zaman əlaqəsi yaradan bağlayıcılar hansıdır?
A) İnkar və bölüşdürmə
B) İştirak və bölüşdürmə
C) İştirak və inkar
D) İştirak və səbəb-nəticə
E) İnkar və səbəb-nəticə
Hansı sıradakı mürəkkəb cümlə deyil?
A) Ana öz oğlunu doyunca öpdü, qoxuladı, bağrına basdı
B) Anar həm çalışqandır, həm de əlaçı
C) Aynur sevimli gəlinciyini də ozuylə götürdü
D) Uşaqlar həyətdə oynayır, evdə sakit otururdular
E) Tankları yudular, rənglədilər, döyüşə hazırladılar
Hansı əlaqə növü bütün tabeli mürəkkəb cümlələrdə olur?
A) Ardıcıllıq
B) Zaman
C) Heç biri
D) Səbəb- nəticə
E) Qarşılaşdırma
Hansı mürəkkəb cümlə deyil?
A) Yaz gəldi, hər tərəfdə torpaq onun ilıq nəfəsi ilə qızınmağa başladı
B) Həm uşaqları çağırmışıq, həm də onların valideyinlərini
C) Səlmanın qorxusundan gözləri hədəqəsindən çıxmış, rəngi saralmışdı
D) O, qapıdan içəri girəndə ayağa durduq, keçib əyləşəndən sonra biz də oturduq
E) Oğru da mənəm, doğru da?
Mürəkkəb cümlə ilə sadə cümlənin fərqi nədir?
A) Mürəkkəb cümlə 2 və daha artıq sadə cümlənin birləşmişindən yaranır
B) Mürəkkəb cümlə sadə sözdən yaranır
C) Sadə cümlə mürəkkəb cümlədən yaranır
D) Mürəkkəb cümlə sadə cümlədən fərqlənmir
E) Sadə cümlə 2 və daha artıq sadə sözün birləşməsindən yaranır
Budaq cümlənin hansı növündə tabesizlik bağlayıcılarından istifadə olunur?
A) qarşılıq budaq cümləsində
B) tərzi-hərəkət budaq cümləsində
C) yer budaq cümləsində
D) zaman budaq cümləsində
E) təyin budaq cümləsində
Hansı budaq cümlə ki bağlayıcısı ilə işləndikdə budaq cümlə birinci gəlir?
A) mübtəda
B) yer
C) təyin
D) zaman
E) qarşılıq-güzəşt
Bunlardan hansı mübtəda budaq cümləsidir?
A) O nə qədər bacarırdı, yedi
B) Harada böyük var ,orada hörmət var
C) Hamı necədir ,sən də elə
D) Niyyətin hara, mənzilin də ora
E) İki gündür, bərk şaxtadır
Hansı budaq cümlələrdə hər zaman budaq cümlə birinci gəlir?
A) yer, kəmiyyət, qarşılıq-güzəşt
B) yer, kəmiyyət, təyin
C) təyin, yer, zaman
D) mübtəda, xəbər, təyin
E) zaman, kəmiyyət
Tabeli mürəkkəb cümlə hansı növdədir: "Sən necəsən, mən də elə."
A) zaman
B) ardıcıllıq
C) xəbər
D) səbəb-nəticə
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top