Tapılan ümumi test sayı : 11

Tabesiz mürəkkəb cümlənin tərkib hissələri arasındakı məna əlaqələrindən biri yanlışdır:
A) Bölüşdürmə əlaqəsi
B) Birləşdirmə əlaqəsi
C) Zaman əlaqəsi
D) Aydınlaşdırma əlaqəsi
Zaman, ardıcıllıq, qarşılaşdırma məna əlaqələri hansı cümlənin tərkib hissələri arasında olur?
A) Həmcins üzvlü sadə cümlələrin
B) Tabesiz mürəkkəb cümlələrin
C) Söz – cümlələrin
D) Sadə geniş cümlələrin
Biri tabesiz mürəkkəb cümlənin tərkib hissələri arasında işlənən məna əlaqələrinə aid deyil:
A) İştirak
B) Aydınlaşdırma
C) Qarşılaşdırma
D) Səbəb – nəticə
“ Evin qapısı açıldı və otağa bir oğlan daxil oldu ” cümləsinin tərkib hissələri arasında hansı məna əlaqəsi var?
A) Ardıcıllıq
B) Bölüşdürmə
C) Qarşılaşdırma
D) Zaman
Fikirlərdən biri səhvdir:
A) Zaman əlaqəli tabesiz mürəkkəb cümlələrdə eyni zamanda baş verən hadisələr sadalanır
B) Tabesiz mürəkkəb cümlələri təşkil edən cümlələr həm şəxsli, həm də şəxssiz ola bilər
C) Bölüşdürmə əlaqəli tabesiz mürəkkəb cümlələr bağlayıcısız işlənmir
D) Ardıcıllıq əlaqəli tabesiz mürəkkəb cümlələrdə sadə cümlələrin yerini dəyişsək, məna dəyişməz
Tabesiz mürəkkəb cümlələri əmələ gətirən sadə cümlələr arasında başqa məna əlaqələri olmursa, onlar ancaq zamana görə bağlanırsa, ona ...... əlaqəsi deyilir
A) qarşılaşdırma
B) zaman
C) bölüşdürmə
D) səbəb-nəticə
E) aydınlaşdırma
"O danışır, danışdığı sözlər könlümə bir sərinlik gətirirdi." cümləsinin tərkib hissələri arasında hansı məna əlaqəsi var?
A) Səbəb-nəticə
B) Aydınlaşdırma
C) Ardıcıllıq
D) Zaman
E) Qarşılaşdırma
Səhv fikir hansıdır?                                                               Torpaq deyir:" Səndən hərəkət, məndən bərəkət"
A) "səndən", "məndən" sözləri çıxışlıq hallı əvəzliklə ifadə olunmuş vasitəsiz tamamlıqlardır
B) Vasitəsiz nitqli bu cümləni vasitəli nitqə çevirsək tamamlıq budaq cümləli tabeli mürəkkəb cümlə alınar
C) Bu cümlədəki vasitəsiz nitq qarşılaşdırma əlaqəli tabesiz mürəkkəb cümlədir
D) Müəllifin sözləri müxtəsər cümlədir, feli xəbərlidir
E) Vasitəsiz nitqdəki mürəkkəb cümlənin tərəfləri intonasiya ilə bağlanmışdır
Bunlardan hansı bölüşdürmə əlaqəsinin bağlayıcıları deyil?
A) yaxud da
B) ya da ki
C) gah,gah da,gah da ki
D) nə,nə ki, nə də ki
Hansı tabesiz mürəkkəb cümlənin məna əlaqələrinə aid deyil?
A) Bölüşdürmə əlaqəsi
B) Zaman əlaqəsi
C) Səbəb-nəticə əlaqəsi
D) Ardıcıllıq əlaqəsi
E) Paylaşdırma əlaqəsi
Qarşılaşdırma əlaqəli tabeli mürəkkəb cümləni göstərin:
A) Qışda o dağ kimsəsiz, sahibsiz qalmır; o dağda Yaşılxan dədənin ruhu gəzir
B) Dərslər qurtarır, uşaqlar yay tətilinə buraxılır
C) Partlayışlar olur, su fəvvarə vurub göyə qalxır
D) Elem bu isə qol qoyub, Veled isə tərs öküz kimi yola gəlmir
E) Günəş batdı, lampalar yandı
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top