Tapılan ümumi test sayı : 6

Səbəb – nəticə əlaqəli tabesiz mürəkkəb cümləni göstərin:
A) Yağış yağdı, havaya bir sərinlik gəldi
B) Ya sən məktub yazmamısan, ya da məktub yolda itib
C) Nə o bunu dindirir, nə də bu onu danışdırır
D) Qapını itələdim, ancaq açılmadı
“ Sərin meh əsdi, gölün üzü qırçınlanıb səsləndi ” tabesiz mürəkkəb cümləsinin tərkib hissələri arasında hansı məna əlaqəsi var?
A) Qarşılaşdırma
B) Zaman
C) Səbəb – nəticə
D) Ardıcıllıq
Cümlələrdən biri səbəb – nəticə əlaqəli tabesiz mürəkkəb cümlə deyil:
A) Birdən motor susdu, çarxlar dayandı
B) Lampalar söndü, kino verilişi başlandı
C) Bayırda yağan qar ağarır, xoş mənzərə yaradırdı
D) Qəflətən güclü külək başladı, yetişmiş meyvələr yerə səpələndi
Səbəb – nəticə əlaqəli tabesiz mürəkkəb cümlələri göstərin:
a)Torpağı duz basmış, kəndlilər də köçüb getmişdilər
b)Qarmon çalınır, nəğmə oxunur, rəqs edilir
c)Gün çıxdı, hər tərəf işıqlandı
d)Axşam düşdü, lampalar yandı
e)Dəhlizin qapısı açıldı və otağa bir qız daxil oldu
A) a,c,e
B) a,c,d
C) c,d,e
D) a,b,c
Səbəb – nəticə əlaqəli tabesiz mürəkkəb cümlə haqqında aşağıdakılardan biri səhvdir:
A) Səbəb – nəticə əlaqəli tabesiz mürəkkəb cümlələrin tərkib hissələri də intonasiya və tabesizlik bağlayıcıları ilə əlaqələnib
B) Səbəb – nəticə əlaqəli tabesiz mürəkkəb cümlələrdə birinci tərkib hissə nəticəni, ikinci tərkib hissə isə səbəb bildirir
C) Səbəb – nəticə əlaqəli tabesiz mürəkkəb cümlələr ancaq iki tərkib hissədən ibarət olur
D) Səbəb – nəticə əlaqəli tabesiz mürəkkəb cümlələrdə birinci tərkib hissədəki iş səbəb, ikincidəki isə onun nəticəsi olur
"Külək əsdi,ağacın yarpaqları yerə töküldü" - tabesiz mürəkkəb cümləsinin tərkib hissləri arasında hansı məna əlaqəsi var?
A) qarşılaşdırma
B) bölüşdürmə
C) ardıcıllıq
D) zaman
E) səbəb-nəticə
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top