Tapılan ümumi test sayı : 23

Hansı nümunədə mürəkkəb isim işlənmişdir?
A) Hər ovçunun bəxt ulduzu olur, onu bədnəzərdən qoruyan
B) Onun ağbəniz üzü ay işığında daha nurlu görünürdü
C) Hacı Mahmud öz igidliyi ilə şöhrət qazanmışdı
D) Dağətəyi kəndlərin əhalisi əkinçiliklə məşğul olur
Quruluşca sadə ismi göstərin:
A) Sürü
B) Dəlil
C) Çəki
D) Yazı
Biri feldən isim düzəldir:
A) -çı4
B) -ça2
C) -ış4
D) -lıq4
Şəkilçilərdən hansı yalnız insan anlayışı bildirən isimlər düzəldir?
A) -daş
B) -laq
C) -lıq4
D) -stan
Biri insan anlayışı bildirən düzəltmə isimdir:
A) Həmrəylik
B) Dəmirçilik
C) Bibimgil
D) Düşmənçilik
Sadə ismi göstərin:
A) vətəndaş
B) dəmir
C) balıqçı
D) ağacdələn
Aşağıdakılardan hansı mürəkkəb isim deyil?
A) bağayarpağı
B) yoldaş
C) günəbaxan
D) bədnəzər
E) quşüzümü
Aşağıdakılardan hansı düzəltmə isim deyil?
A) tikinti
B) qazıntı
C) əməkdaş
D) bilikli
E) məktəbli
Aşağıdakılardan hansı sadə isimdir?
A) bilik
B) səbət
C) çəki
D) sürü
E) düşüncə
Hansı şəkilçi insan anlayışı bildirən isimlər düzəldir?
A) -çığaz4
B) -acaq2
C) -daş
D) -maca2
E) -iyyat2
Aşağıdakılardan hansıları düzəltmə isimlərdir?
A) Torpağın.
B) Çiçək.
C) Ari.
D) Sevinc.
Hansıları isimdən isim düzəldən şəkilçilərdir?
A) -inc,-ici,-in,-i.
B) -cı,-lıq,-das,-ca.
C) -liq,-das,-ca,-i.
D) -qin,-i,-vi,-in.
Bunlardan hansı mürəkkəb isimdir?
A) heç biri
B) Bakılı
C) ağacın altında
D) alma
E) tozsoran
Yalnız leksik şəkilçilər işlənmiş sözü seçin.
A) paltarı
B) kitabımız
C) balıqlar
D) qapıda
E) dənizçilik
Hansı isimdən isim düzəldən şəkilçi deyil?
A) -lıq,-ı
B) -çı,-daş
C) -ıq,-acaq
D) -xana,-cığaz
Cəm şəkilçisi qəbul etməyən ismi göstərin:
A) Su
B) İşıq
C) Yaşıllıq
D) Camaat
Hansı isim quruluşca sadədir
A) sevinc
B) dəlil
C) yazı
D) çəki
E) sürü
Biri mücərrəddir;
A) Kitab
B) Daraq
C) Külək
D) Qapı
E) Xəyal
Sadə isimlərdən hansı qrammatik şəkilçi qəbul etməyib?
A) qayış
B) göyərti
C) uşaqlar
D) bağdan
E) daraq
Biri həm isim, həm də sifət düzəldən şəkilçidir.
A) -ıq
B) -ıntı
C) -ış
D) -tı
E) -cığaz
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top