Tapılan ümumi test sayı : 5

“ Ya sən şəhərə köçməlisən, ya da biz kəndə gəlməliyik ” tabesiz mürəkkəb cümləsinin tərkib hissələri arasındakı məna əlaqəsini göstərin:
A) Səbəb – nəticə
B) Zaman
C) Bölüşdürmə
D) Qarşılaşdırma
“ Bunlara ya iş verilməli, ya da yer göstərilməlidir ” tabesiz mürəkkəb cümləsinin tərkib hissələri arasında hansı məna əlaqəsi var?
A) Ardıcıllıq
B) Səbəb – nəticə
C) Aydınlaşdırma
D) Bölüşdürmə
Bölüşdürmə əlaqəli tabesiz mürəkkəb cümlələr yaranır:
A) Amma, ancaq bağlayıcılarının köməyi ilə
B) Lakin bağlayıcısının köməyi ilə
C) Yəni bağlayıcısının köməyi ilə
D) İstər, istərsə də bağlayıcılarının köməyi ilə
“ Gah güclü külək əsir, gah da yağış yağırdı ” tabesiz mürəkkəb cümləsinin tərkib hissələri arasında hansı məna əlaqəsi var?
A) Bölüşdürmə
B) Ardıcıllıq
C) Səbəb – nəticə
D) Zaman
“ ya ”, “ ya da ” bağlayıcılarının köməyi ilə hansı məna əlaqəli tabesiz mürəkkəb cümlələr yaranır:
A) Zaman
B) İştirak
C) Bölüşdürmə
D) Qarşılaşdırma
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top