Tapılan ümumi test sayı : 10

Tabeli mürəkkəb cümlə hansıdır?
A) Oqtay dərslərini oxudu, yoldaşları ilə gəzməyə getdi
B) Rəşid işdən saat 7 – də gəlməli idi, ancaq gəlmədi
C) O, əl – üzünü yuyub, saçlarını daradı
D) Şəhərdə işlərini tez qurtarsaydın, hava qaralmamış kəndə yola düşərdik
Mürəkkəb cümlənin hər iki növü üçün ortaq əlamət hansıdır?
A) Baş və budaq cümlələrdən ibarət olmaq
B) Bərabərhüquqlu sadə cümlələrdən təşkil olunmaq
C) Əsasən, tabesizlik bağlayıcıları ilə əlaqələnmək
D) Bağlayıcı sözlərin iştirakı
Tabeli mürəkkəb cümləni seçin:
A) Mən belə bir qərara gəlmişəm ki, onları götürüb yaylağa aparım
B) Güclü qar yağdı, yollar buz bağladı
C) Yaşatmaq çətindir, unutmaq asan
D) Qonaq ayaqqabısını çıxarmaq istədi, ev sahibi icazə vermədi
".....birlik var, orada dirilik var" cümləsində hansı bağlayıcı söz uyğun gəlir?
A) haradan
B) harada
C) haraya
D) kimdə
E) nədə
Biri tabeli mürəkkəb cümlədir:
A) Yaşar dərsini elədi, dostları ilə gəzməyə getdi
B) Taxıl vağamlayıb tökülür, bostanı alaq basır, bağlar suvarılmır, tədarük dəmir yol stansiyasına aparılıb təhvil verilmirdi
C) Payız gəldi havalar soyudu.
D) Mən hiss etdim ki, sən bu gün dərsə hazır deyilsən
Tabeli mürəkkəb cümlənin ən azı neçə qrammatik əsası olur?
A) 4
B) 1
C) 3
D) 2
E) 5
Biri mürəkkəb cümlə deyil;
A) Anam və atam bizim üçün aldıqları hədiyyələri gətirdilər, sonra biz onları götürdük.
B) Anam atamın aldığı hədiyyələri gətirdi və biz onları sevinclə açdıq
C) Anam, atam bizim üçün aldıqları hədiyyələri gətirdilər, sonra bizə verdilər.
D) Anam və atam bizə hədiyyə aldı, atam onları bizə payladı
E) Atam anamla aldığı hədiyyələri açdı, biz onlarla oynadıq
Aşağıdakı cümlələrdən hansı tabeli mürəkkəb cümlə hesab edilə bilməz?
A) Sən elə adam olmalısan ki, hamı səni bəyənsin.
B) Əgər Viktor Hüqo yeni bir əsər yazsa, mən onu mütləq oxuyacağam.
C) Anam fikirləşirdi ki, bu güllər çox gözəl deyil.
D) Bizim internetimiz o qədər sürətlidir ki, mən kifayət qədər sual göndərə bilirəm.
E) Dünənki hadisələrdə mən ki günahkar deyiləm.
Sözlərin bir hərfə görə fəqlənməsinə nə deyilir?
A) Akustika
B) Mübaliğə
C) Paronim
D) Fonem
E) Epitet
Səbəb və məqsəd budaq cümlələri arasındakı oxşar cəhət hansıdır?
A) İkisində də budaq cümlə baş cümləyə intonasiya ilə bağlanır
B) Hər ikisində baş cümlə budaq cümlədən sonra gəlir
C) Hər ikisində baş cümlə budaq cümlədən əvvəl gəlir
D) İkisinin də xəbəri felin xəbər şəklində olur
E) Məna cəhətdən eyni mənanı bildirirlər
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top