Tapılan ümumi test sayı : 5

Tabeli mürəkkəb cümlədə işlənən bağlayıcı sözlər haqqında hansı fikir səhvdir?
A) Bağlayıcı sözlərlə bağlanan budaq cümlələr baş cümlədən əvvəl gəlir
B) Bağlayıcı sözlər müxtəlif cümlə üzvləri olur
C) Bağlayıcı sözlər köməkçi nitq hissəsidir
D) Bağlayıcı sözlər ədatlarla da işlənir
Hansı tabeli mürəkkəb cümlədə budaq cümlə baş cümlədən əvvəl gəlmişdir?
A) Rəis əmr etmişdi ki, ikinci qurğudakı işlər müvəqqəti dayandırılsın
B) Yağış təzəcə kəsmişdi ki, ana qaranquş yuvadan uçub yem axtarışına çıxdı
C) Kənd tanıyıram ki, hələ də asfalt yolu yoxdur
D) İlk dəfə idi ki, Elçin qonaqları qarşılayırdı
Tabeli mürəkkəb cümlələrin tərkib hissələrinin əlaqələnməsində istifadə olunan tabelilik bağlayıcılarından biri:
A) Çünki
B) Amma
C) Ancaq
D)
Ki bağlayıcısı ilə işlənən tabeli mürəkkəb cümləni göstərin:
A) Bələdçi gəlib soruşdu ki, yenə gəzəcəksinizmi
B) Yaz gəldimi, havalar istiləşir
C) Mən bu hadisəni heç kimə danışmadım, çünki heç kim buna inanmaz
D) Məktəbi qurtardınmı, işə başlamaq lazımdır
Ədatla işlənən tabeli mürəkkəb cümlə hansıdır?
A) Zəhmət olsa da, gərək gözləyəsiniz
B) Məlumdur ki, düşmən asanlıqla yenilməz
C) Aytən evə bir balaca gec gəldimi, anası ağır intizara düşürdü
D) Bütün bunlar onun üçündür ki, sən rahat oxuya biləsən
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top