Tapılan ümumi test sayı : 8

Budaq cümlənin növlərindən biri deyil:
A) Mübtəda budaq cümləsi
B) Xəbər budaq cümləsi
C) Sual budaq cümləsi
D) Tamamlıq budaq cümləsi
Budaq cümlənin hansı növləri həmişə baş cümlədən əvvəl gəlir?
1)yer budaq cümləsi
2) təyin budaq cümləsi
3) kəmiyyət budaq cümləsi
4) səbəb budaq cümləsi
5) şərt budaq cümləsi
6) məqsəd budaq cümləsi
7) qarşılıqlı – güzəşt budaq cümləsi
A) 1,3,7
B) 2,5,6
C) 3,4,6
D) 4,6,7
“ Ancaq indi yadıma düşdü ki, Cəfər dünən axşam kino göstərəcəkdi ” mürəkkəb cümləsində budaq cümlənin növünü müəyyənləşdirin:
A) Mübtəda
B) Tamamlıq
C) Məqsəd
D) Qarşılıqlı – güzəşt
“ Bütün bunlar ona görədir ki, sən daha firavan yaşayasan ” mürəkkəb cümləsində budaq cümlənin növünü müəyyənləşdirin:
A) Məqsəd
B) Səbəb
C) Tamamlıq
D) Xəbər
“ Səkinə bildi ki, kişi yenə öz işinin peşmançılığını çəkir ” tabeli mürəkkəb cümləsində budaq cümlənin növünü göstərin:
A) Xəbər budaq cümləsi
B) Tamamlıq budaq cümləsi
C) Təyin budaq cümləsi
D) Mübtəda budaq cümləsi
“ Məktubda o da yazılmışdı ki, Çingizi xaricə göndərmək istəyirlər ” cümləsində budaq cümlənin hansı növü işlənmişdir?
A) Təyin
B) Səbəb
C) Xəbər
D) tamamlıq
E) Mübtəda
Aşağıdakılardan hansı budaq cümlənin növlərinə aid deyil?
A) Təyin budaq cümləsi
B) Yer budaq cümləsi
C) Xəbər budaq cümləsi
D) Nəticə budaq cümləsi
E) Məqsəd budaq cümləsi
"İnsan o zaman xoşbəxt ola bilər ki, qolunda xalqın gücünü hiss etsin, ürəyində xalqın səsini eşitsin"- tabeli mürəkkəb cümləsi hansı budaq cümləli tabeli mürəkkəb cümlədir?
A) Zaman
B) Mübtəda
C) Tərzi-hərəkət
D) Yer
E) Təyin
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top