Tapılan ümumi test sayı : 6

“ Hamıya məlumdur ki, payızda meyvə bol olur ” cümləsində budaq cümlənin hansı növü işlənmişdir?
A) Mübtəda
B) Xəbər
C) Tamamlıq
D) Təyin
“ Kim ki intizamlıdır, döyüşü də o udur ” cümləsi tabeli mürəkkəb cümlənin hansı növündə aiddir?
A) Mübtəda
B) Tamamlıq
C) Xəbər
D) Şərt
“ Məktubda o da yazılmışdı ki, Çingizi xaricə göndərmək istəyirlər ” cümləsində budaq cümlənin hansı növü işlənmişdir?
A) Təyin
B) Xəbər
C) Mübtəda
D) Səbəb
“ İnsanın ürəyindən nə keçirsə, o gizlində qalmamalıdır ” cümləsi tabeli mürəkkəb cümlənin hansı növündə işlənmişdir?
A) Mübtəda
B) Xəbər
C) Zaman
D) Tamamlıq
Mübtəda budaq cümləli tabeli mürəkkəb cümlə haqqında aşağıdakılardan biri səhvdir:
A) Səndən nə soruşurlar, cavab ver – cümləsi mübtəda budaq cümləsidir
B) Bəzən mübtəda budaq cümləsi baş cümlədən əvvəl gəlir və ona bağlayıcı sözlə bağlanır
C) Mübtəda budaq cümləsi baş cümlənin buraxılmış mübtədası əvəzində işlənir
D) Mübtəda budaq cümləsi baş cümlədə işarə əvəzliyi ilə ifadə olunan mübtədanı izah edir
Nə istəyirsən, onu da et.                                                                Yuxarıdakı cümlə hansı budaq cümlə sayılır?
A) Mübtəda budaq cümlə
B) Tamamlıq budaq cümlə
C) Xəbər budaq cümlə
D) Təyin budaq cümlə
E) zaman  budaq cümlə
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top