Tapılan ümumi test sayı : 6

Biri zərflik budaq cümləsi deyil:
A) Bu qız nə qədər gözəldirsə, o qədər sadə və səmimidir
B) Cəmiyyət hara vurursa, oradan dirilik suyu qaynayır
C) Beş – on dəqiqə keçməmişdi ki, külək güclənməyə başladı
D) Elə şagirdlər var ki, gözəl şeirlər də yazırlar
Zərflik budaq cümləsində budaq cümlənin baş cümlədə ifadə olunan hal və hərəkətlərin məqsədini bildirdiyi cümləni seçin:
A) Cəmiyyət hara vurursa, oradan dirilik suyu qaynayır
B) Bu qız nə qədər gözəldirsə, o qədər də sadə və səmimidir
C) Şagird suallara yaxşı cavab verdi, ona görə ki, ciddi hazırlaşmışdı
D) Ayna arvad buzovu Qızıl inəyin altından dartıb çıxartdı ki, kəndin buzovlarına qatsın
“ Şagird suallara yaxşı cavab verdi, ona görə ki, ciddi hazırlaşmışdı “ cümləsində budaq cümlə baş cümlədə ifadə olunan hal və hərəkətin:
A) Zamanını bildirir
B) Səbəbini bildirir
C) Kəmiyyətini bildirir
D) Məqsədini bildirir
Zərflik budaq cümləsi baş cümlənin ifadə etdiyi hal və hərəkətin yerini bildirdiyi cümlə:
A) Elə yaz ki, oxumaq olsun
B) Elə oxu ki, mən də eşidim
C) Elə danışmalısan ki, sözlərini hamı eşitsin
D) Cəmiyyət hara vurursa, oradan dirilik suyu qaynayır
“ Bir yerə ki çağırılmadın, ora getmə ” cümləsinin növünü göstərin:
A) Məqsəd budaq cümləsi
B) Zaman budaq cümləsi
C) Yer budaq cümləsi
D) Səbəb budaq cümləsi
“ Yazın yuxusu nə qədər şirindirsə, oyaqlığı da o qədər ləzzətlidir ” cümləsinin növünü müəyyən edin:
A) Kəmiyyət budaq cümləsi
B) Məqsəd budaq cümləsi
C) Yer budaq cümləsi
D) Zaman budaq cümləsi
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top