Tapılan ümumi test sayı : 5

“ Dərsini gərək elə öyrənəydin ki, yadından çıxmayaydı ” cümləsi tabeli mürəkkəb cümlənin hansı növünə aiddir:
A) Şərt
B) Zaman
C) Təyin
D) Tərzi – hərəkət
“ Elə oxu ki, mən də başa düşüm ” tabeli mürəkkəb cümləsinin növünü göstərin:
A) Tərzi – hərəkət
B) Şərt
C) Qarşılaşdırma
D) Təyin
Tərzi – hərəkət budaq cümləli tabeli mürəkkəb cümləni tapın:
A) Cəfər paşa Telli xanımın mənzilinə o zaman yetişdi ki, aşıq Cünun Koroğlunu tərifləyirdi
B) O yerə ki, insan ayağı dəymirdi, indi oradan traktor səsi gəlir
C) Koroğlu elə gəlirdi ki, elə bil, heç kimi görmürdü
D) Adam var heç nəyi bəyənmir
Tərzi – hərəkət budaq cümləli tabeli mürəkkəb cümlələr haqqında aşağıdakılardan biri düzgündür:
A) Tərzi – hərəkət budaq cümləsi baş cümlənin yalnız feli xəbərinə aid olur
B) Tərzi – hərəkət budaq cümləsi baş cümlədən əvvəl gəlmir
C) Tərzi – hərəkət budaq cümləsi ismi xəbərlə də əlaqələnir
D) Tərzi – hərəkət budaq cümləsi baş cümlənin isimlə ifadə olunmuş hər hansı bir üzvünü təyin edir
Tərzi – hərəkət budaq cümləsi hansı suallara cavab verir?
A) Necə? nə cür?
B) Necə? nə cür? hansı?
C) Harada? haradan?
D) Nə qədər?
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top