Tapılan ümumi test sayı : 6

“ Haraya göndərərlər, orada da işləyərəm ” tabeli mürəkkəb cümlənin növünü göstərin:
A) Səbəb
B) Yer
C) Məqsəd
D) Şərt
Yer budaq cümləsi hansı suallara cavab verir?
A) Haraya? harada? haradan?
B) Niyə? nə üçün? nə səbəbə?
C) Niyə? nə üçün? nə məqsədlə?
D) Nə qədər?
Yer budaq cümləli tabeli mürəkkəb cümlələr haqqında aşağıdakılardan biri səhvdir:
A) Yer budaq cümləsində baş cümlədə yönlük, yerlik və çıxışlıq hallarda oraya, orada, oradan sözləri olmadıqda, onları bərpa etmək mümkün olmur
B) Yer budaq cümləsi baş cümlədəki hərəkətin yerini bildirir
C) Yer budaq cümləsi baş cümləyə bəzən haraya, harada, haradan bağlayıcı sözlərlə bağlanır
D) Yer budaq cümləsi baş cümlədən əvvəl gəlir
Yer budaq cümləli tabeli mürəkkəb cümlələr haqqında aşağıdakılardan biri düzgündür:
A) Yer budaq cümləsi baş cümlədən həm sonra, həm də əvvəl işlənə bilir
B) Baş cümlənin xəbəri odur, budur, oradadır, buradadır sözləri ilə ifadə olunur
C) Yer budaq cümləsində baş cümlədə yönlük, yerlik və çıxışlıq hallarda oraya, orada, oradan sözləri olmadıqda, onları bərpa etmək mümkündür
D) Yer budaq cümləsi baş cümlədən sonra gəlir
Yer budaq cümləsi haqqında aşağıdakılardan biri səhvdir:
A) Yer budaq cümləsi baş cümlədən əvvəl gəlir
B) Yer budaq cümləsi baş cümlədəki hərəkətin yerini bildirir
C) Yer budaq cümləsi haraya? harada? haradan? suallarına cavab verir
D) Yer budaq cümləsi baş cümlədən sonra gəlir
Yer budaq cümləsini göstər
A) Elə xatirələr var ki, yaddan çıxmır
B) Məlumdur ki, Azərbaycanda 9 milyon əhali yaşayır.
C) Istəyirəm ki,hamınız əlacı olasınız.
D) Naməni elə yazmışam ki, Mirzə Valeh təpəsi üstə gələr.
E) Cəmiyyət hara vurursa, oradan dirilik suyu qaynayır.
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top