Tapılan ümumi test sayı : 6

“ Müəllim nə qədər tapşırmışdı, mən də o qədər yazdım ” tabeli mürəkkəb cümlənin növünü göstərin:
A) Kəmiyyət
B) Səbəb
C) Şərt
D) Qarşılaşdırma
“ Həyətdə otaqlara nə qədər tez səs düşsə, samovarlar o qədər tez qaynayacaqlar ” tabeli mürəkkəb cümləsinin növünü göstərin:
A) Xəbər
B) Kəmiyyət
C) Şərt
D) Tərzi – hərəkət
Kəmiyyət budaq cümləli tabeli mürəkkəb cümlələrdən hansı səhvdir?
A) Arxa nə qədər möhkəm olsa, qohumlar özlərini o qədər arxayın sanar, asudə yaşayarlar
B) Belə bir mənzərəni görmək Nəriman üçün nə qədər ağır olsa da, nəzərini çəkə bilmirdi
C) Öz evindir, nə qədər istəyirsən o qədər qal
D) Sən nə qədər demişdin, mən də bir o qədər aldım
Kəmiyyət budaq cümləli tabeli mürəkkəb cümlələr haqqında aşağıdakılardan biri səhvdir:
A) Kəmiyyət budaq cümləsi baş cümləyə nə qədər, hər nə qədər bağlayıcı sözləri ilə bağlanır
B) Kəmiyyət budaq cümləsi baş cümlədən sonra işlənir
C) Baş cümlədə qarşılıq bildirən o qədər sözü işlənmədikdə onu təsəvvür və bərpa etmək mümkündür
D) Kəmiyyət budaq cümləsi baş cümlədəki hərəkətin və əlamətin miqdarını bildirir
Kəmiyyət budaq cümləli tabeli mürəkkəb cümlələr:
A) Kəmiyyət budaq cümləsi baş cümlədəki hərəkətin məqsədini bildirir
B) Kəmiyyət budaq cümləsi baş cümlədəki hərəkətin və ya əlamətin miqdarını bildirir
C) Kəmiyyət budaq cümləsi baş cümlədəki hərəkətin və ya əlamətin səbəbini bildirir
D) Kəmiyyət budaq cümləsi baş cümlədəki hərəkətin şərtini bildirir
Kəmiyyət budaq cümləsi baş cümləyə hansı bağlayıcı sözlərlə bağlanır
A) Nə qədər, hər nə qədər
B) Gah, gah da
C) Necə, nə cür
D) Nə vaxt, nə zaman
E) Hara, harada
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top