Tapılan ümumi test sayı : 5

“ Əgər məni özünə əmi bilirsənsə, oxumağına fikir ver ” tabeli mürəkkəb cümlə hansı növə aiddir?
A) Səbəb
B) Şərt
C) Tərzi – hərəkət
D) Məqsəd
“ Mirzə Cəmilin otağına girən olsaydı, stolun üstündə həmişə qızılgül dəstələri görərdi ” tabeli mürəkkəb cümlənin hansı növə aid olduğunu göstərin:
A) Məqsəd
B) Xəbər
C) Səbəb
D) Şərt
Şərt budaq cümləli tabeli mürəkkəb cümləni tapın:
A) Məhtaban ürəkdən istəsə belə, bu hündür hasardan aşa bilməzdi
B) Qızınız Ərmağan bilsə, qiyamət qoparacaq
C) Varım, dövlətim olmasa da, qolumun gücü ilə sizə kömək edərəm
D) Sən kəkliyi nə qədər sevsən də, onun xasiyyətini hələ yaxşı bilmirsən
Şərt budaq cümləli tabeli mürəkkəb cümlələr haqqında aşağıdakılardan biri səhvdir:
A) Şərt budaq cümləsi baş cümləyə əgər, hərgah, madam ki, indi ki, bir halda ki bağlayıcıları ilə bağlanır
B) Şərt budaq cümləli tabeli mürəkkəb cümlələrin elə tipi də var ki, baş cümlə əvvəl işlənir
C) Şərt budaq cümləsində bu şərtlə, o şərtlə, bir şərtlə qəlib sözlərindən biri iştirak edir
D) Şərt budaq cümləsi baş cümləyə intonasiya ilə bağlanmır
Şərt budaq cümləli tabeli mürəkkəb cümlələr haqqında aşağıdakılardan biri düzgündür:
A) Şərt budaq cümləsində budaq cümlə əvvəl gəlir
B) Şərt budaq cümləsi baş cümləyə əgər, hərgah, madam ki, indi ki, bir halda ki bağlayıcıları ilə bağlanır
C) Şərt budaq cümləsi niyə? nə üçün? nəyə görə? Suallarından birinə cavab
D) Şərt budaq cümləsi baş cümləyə nə qədər bağlayıcı sözü, -sa, sə şəkilçisi ilə bağlanır
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top