Tapılan ümumi test sayı : 7

“ Bu il havaların soyuq keçməsinə baxmayaraq, əkin yaxşı oldu ” cümləsi tabeli mürəkkəb cümlənin hansı növünə aiddir?
A) Şərt budaq cümləsi
B) Qarşılıq – güzəşt budaq cümləsi
C) Təyin budaq cümləsi
D) Xəbər budaq cümləsi
Zərflik budaq cümləli tabeli mürəkkəb cümlənin hansı növündə bəzi məqamda baş cümlədə tabesizlik bağlayıcısı da işlənir?
A) Kəmiyyət budaq cümləli tabeli mürəkkəb cümlədə
B) Şərt budaq cümləli tabeli mürəkkəb cümlədə
C) Mədsəq budaq cümləli tabeli mürəkkəb cümlədə
D) Qarşılıq – güzəşt budaq cümləli tabeli mürəkkəb cümlədə
Qarşılıq – güzəşt budaq cümləsini göstərin:
A) Gəldim ki, səni bir də görüm
B) Əvvəldən hazırlıq görülsə, qışın soyuğundan qorunmaq asandır
C) Nə qədər fikirləşirdisə də, onunla danışmaq üçün bir qərara gələ bilmirdi
D) Arif çalışırdı ki, övladları xoşbəxt olsun
Qarşılıq – güzəşt budaq cümləsinin əsas qrammatik formasıdır:
A) -sa da, -sə də
B) -ki, və
C) Nə, kimə?, nəyə?
D) -sa, -sə
Qarşılıq – güzəşt budaq cümləsini seçin:
A) Hara getdisə, heç kəsin xəbəri olmadı
B) Gecə yarıdan keçmişdi, hamı yatırdı
C) Gecə yarıdan keçsə də, heç kəs yatmamışdı
D) Ata nə edirdisə, uşaq da təkara edirdi
Qarşılaşdırma budaq cümləli tabeli mürəkkəb cümlələr baş cümləyə hansı bağlayıcı sözlərlə bağlanır?
A) Nə qədər bağlayıcı sözü, -sa, sə şəkilçisi və da,də, belə ədatları ilə
B) Ki, çünki, ona görə ki, ondan ötrü ki bağlayıcıları ilə
C) Əgər, hərgah, madam ki, indi ki, bir halda ki bağlayıcıları və -sa, sə şəkilçisi ilə
D) Nə qədər, hər nə qədər bağlayıcıları ilə
Qarşılaşdırma budaq cümləli tabeli mürəkkəb cümlələr haqqında aşağıdakılardan biri səhvdir:
A) Budaq cümlənin bu növü baş cümlədən əvvəl işlənir
B) Baş cümləyə nə qədər bağlayıcı sözü, -sa, sə şəkilçisi və da, də, belə ədatları ilə bağlanır
C) Qarşılaşdırma budaq cümləli tabeli mürəkkəb cümlələrdə baş və budaq cümlənin məzmunu bir – biri ilə qarşılaşdırılır
D) Qarşılaşdırma budaq cümləsi baş cümlənin məzmunu ilə bağlı olmur
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top