Tapılan ümumi test sayı : 5

Biri tabeli mürəkkəb cümlə deyil:
A) Dil desə də, ürək razı olmur, ayaqları sözünə baxmayıb sürünürdü
B) Düzdür, mən orada olmuşam, amma siz deyən əhvalatı eşitməmişəm
C) Aydın oldu ki, qrupun yarıdan çoxu əlaçıdır
D) Hərçənd mən sizin işlərinizə qarışmıram, amma zərərinizə də razı ola bilmərəm
Tabeli mürəkkəb cümləni əmələ gətirən sadə cümlələr tabelilik münasibətinə görə neçə yerə ayrılır?
A) 5
B) 3
C) 4
D) 2
Hansı sıradakı tabeli mürəkkəb cümlənin tərkibindəki budaq cümləni ayrılıqda işlətmək olmur?
A) Danılmaz həqiqətdir ki, Azərbaycan müstəqillik yollarında inamla irəliləyir
B) Düz deyiblər ki, ata olmayan adam bala qədrini bilməz
C) Qədimdə ruslar uşağa Volk(canavar)adı verərmişlər ki, güclü olsun
D) Dağların qarı əriməyə başlasa, çaylarda suyun səviyyəsi qalxacaqdır
"Aşıq elə gözəl çalır, elə məlahətli oxuyurdu ki, hamının ağzı açıla qalmışdı" Baş cümlə hansıdır?
A) Elə məlahətli oxuyurdu ki
B) Aşıq elə gözəl çalır
C) Hamının ağzı açıla qalmışdı
D) Aşıq elə gözəl çalır, elə məlahətli oxuyurdu
Budaq cümlənin vəzifəsi nədir?
A) Baş cümləni özünə tabe etmək
B) Baş cümləyə tabe olmaq, onu izah etmək
C) Cümlələr arasında əlaqə yaratmaq
D) Modallıq yaratmaq
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top