Tapılan ümumi test sayı : 5

Tabeli mürəkkəb cümlənin təhlil qaydası sırasında verilənlərdən biri səhvdir:
A) Budaq cümləni baş cümləyə bağlayan vasitə
B) Mürəkkəb cümlənin növü
C) Məna əlaqəsi
D) Budaq cümlənin növü
"Külək əsdi və havaya bir sərinlik gəldi"-mürəkkəb cümləsinin qrammatik təhlilindəki səhvi tapın.
A) Bağlayıcılı tabesiz mürəkkəb cümlədir
B) Tərəfləri intonasiya ilə əlaqələnmişdir
C) Tərəfləri arasında səbəb-nəticə əlaqəsi var
D) Tabesiz mürəkkəb cümlədir
"Uşaq məktəbə gecikmişdi, çünki avtobus yolda xarab olmuşdu" tabeli mürəkkəb cümləsinin qrammatik təhlili haqqında verilənlərdən biri səhvdir:
A) I tərəf baş, II tərəf budaq cümlədir
B) Budaq cümlə baş cümləyə çünki bağlayıcısı ilə bağlanmışdır
C) Hər iki tərəf nəqli, sadə, müəyyən şəxsli, müxtəsər cümlədir
D) Səbəb budaq cümləli tabeli mürəkkəb cümlədir
Biri mürəkkəb cümlənin qrammatik təhlil qaydaları sırasında verilə bilməz.
A) Cümlədə rolu
B) Əlaqə vasitələri: intonasiya və bağlayıcı vasitələr
C) Mürəkkəb cümlənin novu: tabeli və tabesiz
D) Məna əlaqələri
"Göy guruldayır, yağış yağır" mürəkkəb cümləsinin II sadə cümləsinə aid düzgün cavabı tapın.
A) Sadə cümlədir
B) Ümumi şəxsli cümlədir
C) Müxtəsər cümlədir
D) Əmr cümləsidir
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top