Tapılan ümumi test sayı : 8

Vurğu haqqında deyilənlərdən biri yanlışdır:
A) Azərbaycan dilində söz kökünə şəkilçi artırılarkən, bir qayda olaraq vurğu sözün əvvəlinə doğru istiqamətlənir
B) Sözdəki hecalardan birinin digərinə nisbətən qüvvətli tələffüz olunması heca vurğusu adlanır
C) Dilimizdə elə şəkilçilər var ki, onlar vurğu qəbul etmir
D) Azərbaycan dilində vurğunun 3 növü var
Vurğu qəbul etməyən şəkilçilər:
a) ov – yev
b) –gil
c) –imiş
d) -madan²
e) –lıq 4
ə) –çı4
f) -aq²
g) -la²
A) a,b,e,g
B) c,ə,f,g
C) c,e,ə,g
D) a,b,c,d
Vurğu haqqında aşağıdakı fikirlərdən biri düzgündür:
A) Sözlərdə hecalardan birinin və cümlələrdə sözlərdən birinin digərlərinə nisbətən qüvvətli tələffüz olunmasına vurğu deyilir
B) Dilimizdəki bütün şəkilçilər vurğu qəbul edir
C) Türk mənşəli sözlərdə vurğulu heca sözün əvvəlində gəlir
D) Azərbaycan dilində vurğunun iki növü var
Vurğusu birinci hecaya düşən sözlər hansıdır?
A) Kamera, lakin, Dante
B) Gözəl, sonra, yazıçı
C) Bəzi, gövdə, yamyaşıl
D) Yazıçılıq, ana, nabələd
Vurğu ilə bağlı düzgün fikri göstərin:
A) Türk mənşəli sözlərdə vurğu sözün əvvəlində olur
B) Alınma sözlər vurğu qəbul etmir
C) Vurğu hecalardan birinin digərinə nisbətən qüvvətli deyilməsidir
D) Şəkilçilər vurğu qəbul etmir
"Irlandiya" sözü ilə "yazarkən" sözündə vurğu neçənci hecaya düşür?
A) 5-ci hecaya düşür.
B) 4-cu hecaya düşür.
C) 1-ci hecaya düşür.
D) 3-cu hecaya düşür.
E) 2-ci hecaya düşür.
Vurğusu birinci hecaya düşən sözü göstərin
A) Faciə
B) Maarif
C) Yamyaşıl
D) Sonra
E) Dovğa
Vurğudan asılı olaraq mənasını dəyişən sözü göstər
A) Mürəkkəb
B) Məhkəmə
C) Xurma
D) Qovurma
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top