Tapılan ümumi test sayı : 5

Fonetik normanın pozulduğu cümləni tapın:
A) Daldan atılan daş topuğa dəyər
B) Gələnlər birazdan kor - peşman dağılışdılar
C) Bilənlər bilməyənlərə desinnər
D) İşi dayandırmağı əmr buyurublar
Hansı nümunədə ədəbi dilin orfoepik norması pozulmuşdur:
A) [ şəfək ]
B) [ mə:llim ]
C) [ otax ]
D) [ mənnən ]
Sözün ədəbi dildəki yazılış qaydası adlanır:
A) Qrammatik norma
B) Orfoepik norma
C) Orfoqrafik norma
D) Leksik norma
Fonetik normanın pozulmadığı cümləni seçin:
A) Kim nə bilir gələ, gəlməyə
B) Mən ölüm qoy çalsınlar, mən istəyirəm, oynuyum
C) Leyli və Məcnun poeması Füzuli yaradıcılığının zirvəsidir
D) Kərim kədərli vəziyyətdə dalğalara baxırdı
Fonetik norma nə vaxt pozulur?
A) Məntiqi vurğunun yeri dəyişdikdə
B) Orfoqrafik, yaxud orfoepik norma pozulduqda
C) Mübtəda və xəbər arasında uzlaşma pozulduqda
D) Cümlədə söz sırası pozulduqda
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top