Tapılan ümumi test sayı : 155

Hansılar ikiillik bitkilərdir?
A) Çuğundur, kələm və qarğıdalı
B) Qırmızı turp, çuğundur və kartof
C) Ağ turp, kələm və buğda
D) Kələm, ağ turp və çuğundur
Kol gövdəli bitkilər hansı sırada düzgün göstərilmişdir?
A) Nar, fındıq, ağcaqayın
B) Fındıq, küknar, yonca
C) Çaytikanı, yemişan, fındıq
D) Yemişan, çaytikanı, dəmirovotu
Çoxillik bitkilər olan cərgəni göstərin:
A) Qarğıdalı, zəncirotu, cökə
B) Qırmızı turp, kələm, fındıq
C) Noxud, itburnu, lobya
D) Cökə, fındıq, zəncirotu
Erkəkcik nədən ibarətdir?
A) Erkəkcik sapından və tozluqdan
B) Yumurtalıq və yumurtacıqdan
C) Erkəkcik ağızcığından və kasacıqdan
D) Kasa və tac
Niyə çiçəklərin rəngləri fərqlidir?
A) Cücüləri özlərinə cəlb etmək üçün
B) Həmin çiçəyə baxsınlar deyə
C) Zövq oxşamaq üçün
D) Çiçəklərin bütün rəngləri eynidir
Aşağıdakılardan hansı çiçəkli bitkilərin orqanlarıdır?
A) Erkəkciklər və dişiciklər
B) Kök, çiçək yatağı, kasacıq
C) Kök, gövdə, yarpaq, çiçək, toxum, meyvələr
D) Ləçək, erkəkciklər və dişiciklər
Bitkinin hansı orqanı vasitəsilə qida maddələri hərəkət edir?
A) Gövdə
B) Kök
C) Yarpaq
D) Çiçək
Otlar neçə illik olur?
A) Birillik, ikiillik, çoxillik
B) Beşillik, onillik, on beşillik
C) On ikiillik
D) Birillik
Aşağıdakılardan hansı kol bitkiləridir?
A) Böyürtkən, zirinc, gicitkən, qara gəndalaş
B) Qoz, fındıq, fıstıq, günəbaxan, zirinc
C) Gəndalaş, günəbaxan, nar,
D) Nar, fındıq, böyürtkən, çaytikanı, zirinc
Hansı bitkinin gövdəsində su ehtiyatı olur?
A) Üçrəng bənövşənin
B) Kaktusun
C) Zəfəranın
D) Badımcanın
Çiçəkli bitkilərdə hansı orqanlar qidalanma orqanıdır?
A) Kök, yarpaq
B) Tumurcuq, yarpaq
C) Meyvə, tumurcuq
D) Çiçək, meyvə
Gövdələrin formasına görə bitkilər neçə qrupa ayrılır?
A) 8 qrupa
B) 4 qrupa
C) 3 qrupa
D) 5 qrupa
Aşağıdakılardan hansı ot bitkiləridir?
A) Qoz, fındıq, zirinc
B) Çinar, qoz, palıd, armud
C) Nar, fındıq, çaytikanı, zirinc
D) Gicitkən, günəbaxan, qarğıdalı
Dişicik nədən ibarətdir?
A) Kasacıqdan və tacdan
B) Nazik dişicik sapından və tozluqdan
C) Saplaqdan
D) Yumurtalıqdan, ensiz sütuncuqdan və dişicik ağızcığından
Bitki orqanı nəyə deyilir?
A) Fotosintez prosesinin başqa bir adı orqandır
B) Yarpaqlarda fotosintez prosesini yaradan maddəyə orqan deyilir
C) Bitki orqanizminin müəyyən funksiyasını yerinə yetirən hissəsinə orqan deyilir.
D) Orqan müstəqil yaşaya bilən canlı varlıqdır
Hansı bitkilərin kökləri şaxələnən uzun mil formasındadır?
A) Zəncirotu, paxla, cəfəri
B) Cəfəri, qarpız, zəfəran
C) Zəfəran, qarğıdalı, günəbaxan
D) Yemiş, qarpız, kaktus
Otlar, ağac və kollardan nə ilə fərqlənir?
A) Hündürlüyü və gövdəsi ilə
B) Budaqlarının formasına görə
C) Köklərinin olmaması ilə
D) Yarpağı ilə
Aşağıdakılardan hansı ağac bitkiləridir?
A) Çinar, qoz, palıd, armud
B) Çinar, gicitkən
C) Gicitkən, günəbaxan, qarğıdalı
D) Nar, fındıq, qara gəndalaş
Çiçəyin əsas hissələri hansılardır?
A) Gülün tacı və kasacıq
B) Çiçək saplağı və yumurtalıq
C) Dişicik və erkəkcik
D) Çiçək yatağı və kasacıq
Çiçək saplağı üzərində nələr yerləşir?
A) Dişicik və erkəkcik
B) Yumurtacıq və kasacıq
C) Çiçək yatağı və kasacıq
D) Yumurtalıq və gülün tacı
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top