Tapılan ümumi test sayı : 155

Hansılar ikiillik bitkilərdir?
A) Çuğundur, kələm və qarğıdalı
B) Qırmızı turp, çuğundur və kartof
C) Kələm, ağ turp və çuğundur
D) Ağ turp, kələm və buğda
Kol gövdəli bitkilər hansı sırada düzgün göstərilmişdir?
A) Çaytikanı, yemişan, fındıq
B) Fındıq, küknar, yonca
C) Yemişan, çaytikanı, dəmirovotu
D) Nar, fındıq, ağcaqayın
Çoxillik bitkilər olan cərgəni göstərin:
A) Qarğıdalı, zəncirotu, cökə
B) Qırmızı turp, kələm, fındıq
C) Noxud, itburnu, lobya
D) Cökə, fındıq, zəncirotu
Erkəkcik nədən ibarətdir?
A) Erkəkcik sapından və tozluqdan
B) Yumurtalıq və yumurtacıqdan
C) Erkəkcik ağızcığından və kasacıqdan
D) Kasa və tac
Niyə çiçəklərin rəngləri fərqlidir?
A) Həmin çiçəyə baxsınlar deyə
B) Cücüləri özlərinə cəlb etmək üçün
C) Zövq oxşamaq üçün
D) Çiçəklərin bütün rəngləri eynidir
Aşağıdakılardan hansı çiçəkli bitkilərin orqanlarıdır?
A) Erkəkciklər və dişiciklər
B) Kök, çiçək yatağı, kasacıq
C) Kök, gövdə, yarpaq, çiçək, toxum, meyvələr
D) Ləçək, erkəkciklər və dişiciklər
Bitkinin hansı orqanı vasitəsilə qida maddələri hərəkət edir?
A) Yarpaq
B) Çiçək
C) Gövdə
D) Kök
Otlar neçə illik olur?
A) On ikiillik
B) Birillik, ikiillik, çoxillik
C) Beşillik, onillik, on beşillik
D) Birillik
Aşağıdakılardan hansı kol bitkiləridir?
A) Gəndalaş, günəbaxan, nar,
B) Nar, fındıq, böyürtkən, çaytikanı, zirinc
C) Qoz, fındıq, fıstıq, günəbaxan, zirinc
D) Böyürtkən, zirinc, gicitkən, qara gəndalaş
Hansı bitkinin gövdəsində su ehtiyatı olur?
A) Zəfəranın
B) Kaktusun
C) Badımcanın
D) Üçrəng bənövşənin
Çiçəkli bitkilərdə hansı orqanlar qidalanma orqanıdır?
A) Tumurcuq, yarpaq
B) Meyvə, tumurcuq
C) Kök, yarpaq
D) Çiçək, meyvə
Gövdələrin formasına görə bitkilər neçə qrupa ayrılır?
A) 8 qrupa
B) 4 qrupa
C) 5 qrupa
D) 3 qrupa
Aşağıdakılardan hansı ot bitkiləridir?
A) Gicitkən, günəbaxan, qarğıdalı
B) Çinar, qoz, palıd, armud
C) Nar, fındıq, çaytikanı, zirinc
D) Qoz, fındıq, zirinc
Dişicik nədən ibarətdir?
A) Saplaqdan
B) Nazik dişicik sapından və tozluqdan
C) Yumurtalıqdan, ensiz sütuncuqdan və dişicik ağızcığından
D) Kasacıqdan və tacdan
Bitki orqanı nəyə deyilir?
A) Fotosintez prosesinin başqa bir adı orqandır
B) Yarpaqlarda fotosintez prosesini yaradan maddəyə orqan deyilir
C) Orqan müstəqil yaşaya bilən canlı varlıqdır
D) Bitki orqanizminin müəyyən funksiyasını yerinə yetirən hissəsinə orqan deyilir.
Hansı bitkilərin kökləri şaxələnən uzun mil formasındadır?
A) Zəncirotu, paxla, cəfəri
B) Zəfəran, qarğıdalı, günəbaxan
C) Yemiş, qarpız, kaktus
D) Cəfəri, qarpız, zəfəran
Otlar, ağac və kollardan nə ilə fərqlənir?
A) Köklərinin olmaması ilə
B) Yarpağı ilə
C) Budaqlarının formasına görə
D) Hündürlüyü və gövdəsi ilə
Aşağıdakılardan hansı ağac bitkiləridir?
A) Gicitkən, günəbaxan, qarğıdalı
B) Nar, fındıq, qara gəndalaş
C) Çinar, qoz, palıd, armud
D) Çinar, gicitkən
Çiçəyin əsas hissələri hansılardır?
A) Çiçək yatağı və kasacıq
B) Gülün tacı və kasacıq
C) Çiçək saplağı və yumurtalıq
D) Dişicik və erkəkcik
Çiçək saplağı üzərində nələr yerləşir?
A) Yumurtalıq və gülün tacı
B) Dişicik və erkəkcik
C) Çiçək yatağı və kasacıq
D) Yumurtacıq və kasacıq
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top