Tapılan ümumi test sayı : 105

Meyvələrə dad verən nədir?
A) Plastidlərin çoxluğu
B) Hüceyrədə olan vakuollar
C) Hüceyrədə olan plastidlər
D) Hüceyrə şirəsində olan maddələrin miqdarı
Sitoplazma qızdırıldıqda və ya dondurulduqda nə məhv olur?
A) Membran
B) Heç bir şey
C) Hüceyrə
D) Qılaf
Soğan dəriciyinin hüceyrələri aşağıdakılardan hansılardır?
A) Uzunsov olub, bir-birinə sıx, yaxın yerləşir
B) Ulduzşəkilli olub, bir-birindən aralı yerləşir
C) Çoxkünclü olub, bir-birindən ayrı yerləşir
D) Ulduzşəkilli olub, bir-birinə yaxın yerləşir
Hər bir bitki hüceyrəsi xaricdən nə ilə örtülmüşdür?
A) Sitoplazma ilə
B) Membranla
C) Möhkəm qılafla
D) Orqanoidlərlə
Sitoplazmanın içərisində nələr yerləşir?
A) Xromosom və xloroplastlar
B) Hüceyrənin hissəcikləri və leykoplastlar
C) Hüceyrənin orqanoidləri
D) Leykoplastlar və xromoplastlar
Xromosom harada yerləşir?
A) Nüvənin daxilində
B) Vakuolanın daxilində
C) Nüvəciyin və vakuolanın daxilində
D) Nüvəciyin daxilində
Çiçəkli bitkilərin canlı hüceyrələrində nələr yerləşir?
A) Sitoplazma, nüvə, plastid, vakuollar və şəffaf qılaf
B) Nüvəcik, vakuollar
C) Antosion, sitoplazma, nüvəcik
D) Membran, antosion, orqanoid
Aşağıdakılardan hansı səhvdir?
A) Yarpağın hər hüceyrəsində 20-100-ə qədər plastid olur
B) Pambıq və kətan lifi hüceyrələrini adi gözlə görmək mümkün deyil
C) Çiçəkli bitkilərin canlı hüceyrələrində sitoplazma, nüvə, plastid, vakuollar və şəffaf qılaf yerləşir
D) Sitoplazma rəngsiz, qatı, canlı maddədir
Bitki hüceyrəsinin sitoplazmasında çoxlu miqdarda xırda nələr yerləşir?
A) Plastidlər
B) Membranlar
C) Orqanoidlər
D) Nüvələr
Fikri tamamlayın: Bəzən kiçik qovuqcuqlar birləşərək böyük qovuğu yəni....... əmələ gətirir
A) Antosionlar
B) Vakuollar
C) Leykoplastlar
D) Orqanoidlər
Fikri tamamlayın: Yarpaqların yaşıl rəngi....., limonun sarı, almanın, albalının qırmızı rəngi....çox olması ilə əlaqədardır.
A) Xloroplastların, leykoplastların
B) Xromoplastların, xloroplastların
C) Xloroplastların, xromoplastların
D) Leykoplastların, antosionların
Yaşıl rəngli plastidlər:
A) məsamələr
B) xloroplastlar
C) xromoplastlar
D) xromosomlar
E) leykoplastlar
Bitki hüceyrəsinin sitoplazmasında çoxlu miqdarda xırda nələr yerləşir?
A) orqanoid
B) karbon
C) nüvə
D) oksigen
E) plastidlər
Qarğıdalının iki hüceyrəsində neçə xromosom var?
A) 40
B) 50
C) 80
D) 20
E) sonsuz sayda
Orta hesabla yarpağın hər hüceyrəsində nə qədər plastid olur?
A) 50-60
B) 20-100
C) 50-100
D) 100-150
E) 20-50
İçərisi hüceyrə şirəsi ilə dolu olan orqanoid hansıdır?
A) xloroplast
B) sitoplazma
C) antosian
D) vakuol
E) nüvə
Bitkilərdə ən geniş yayılmış bölünmə üsulu:
A) reduksion bölünmə
B) amitoz
C) mitoz
D) düzünə bölünmə
E) meyoz
Latın mənşəli "obyektum" sözünün mənası:
A) boş
B) əşya
C) kürsü
D) boru
E) göz
Hüceyrəni kəşf edib:
A) Qrü
B) Robert Huk
C) Qoryaninov
D) Virxov
E) Malpigi
Lupa ilə cismi neçə dəfə böyütmək olur?
A) 5 – 10 dəfə
B) 8 – 15 dəfə
C) 2 – 25 dəfə
D) 2 – 20 dəfə
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top