Tapılan ümumi test sayı : 105

Meyvələrə dad verən nədir?
A) Hüceyrədə olan plastidlər
B) Hüceyrə şirəsində olan maddələrin miqdarı
C) Hüceyrədə olan vakuollar
D) Plastidlərin çoxluğu
Sitoplazma qızdırıldıqda və ya dondurulduqda nə məhv olur?
A) Heç bir şey
B) Membran
C) Hüceyrə
D) Qılaf
Soğan dəriciyinin hüceyrələri aşağıdakılardan hansılardır?
A) Uzunsov olub, bir-birinə sıx, yaxın yerləşir
B) Çoxkünclü olub, bir-birindən ayrı yerləşir
C) Ulduzşəkilli olub, bir-birinə yaxın yerləşir
D) Ulduzşəkilli olub, bir-birindən aralı yerləşir
Hər bir bitki hüceyrəsi xaricdən nə ilə örtülmüşdür?
A) Orqanoidlərlə
B) Sitoplazma ilə
C) Membranla
D) Möhkəm qılafla
Sitoplazmanın içərisində nələr yerləşir?
A) Xromosom və xloroplastlar
B) Hüceyrənin hissəcikləri və leykoplastlar
C) Leykoplastlar və xromoplastlar
D) Hüceyrənin orqanoidləri
Xromosom harada yerləşir?
A) Vakuolanın daxilində
B) Nüvəciyin daxilində
C) Nüvəciyin və vakuolanın daxilində
D) Nüvənin daxilində
Çiçəkli bitkilərin canlı hüceyrələrində nələr yerləşir?
A) Antosion, sitoplazma, nüvəcik
B) Membran, antosion, orqanoid
C) Nüvəcik, vakuollar
D) Sitoplazma, nüvə, plastid, vakuollar və şəffaf qılaf
Aşağıdakılardan hansı səhvdir?
A) Yarpağın hər hüceyrəsində 20-100-ə qədər plastid olur
B) Çiçəkli bitkilərin canlı hüceyrələrində sitoplazma, nüvə, plastid, vakuollar və şəffaf qılaf yerləşir
C) Pambıq və kətan lifi hüceyrələrini adi gözlə görmək mümkün deyil
D) Sitoplazma rəngsiz, qatı, canlı maddədir
Bitki hüceyrəsinin sitoplazmasında çoxlu miqdarda xırda nələr yerləşir?
A) Nüvələr
B) Membranlar
C) Orqanoidlər
D) Plastidlər
Fikri tamamlayın: Bəzən kiçik qovuqcuqlar birləşərək böyük qovuğu yəni....... əmələ gətirir
A) Leykoplastlar
B) Orqanoidlər
C) Antosionlar
D) Vakuollar
Fikri tamamlayın: Yarpaqların yaşıl rəngi....., limonun sarı, almanın, albalının qırmızı rəngi....çox olması ilə əlaqədardır.
A) Leykoplastların, antosionların
B) Xloroplastların, leykoplastların
C) Xromoplastların, xloroplastların
D) Xloroplastların, xromoplastların
Yaşıl rəngli plastidlər:
A) xromosomlar
B) leykoplastlar
C) məsamələr
D) xromoplastlar
E) xloroplastlar
Bitki hüceyrəsinin sitoplazmasında çoxlu miqdarda xırda nələr yerləşir?
A) orqanoid
B) nüvə
C) oksigen
D) karbon
E) plastidlər
Qarğıdalının iki hüceyrəsində neçə xromosom var?
A) 80
B) 20
C) 50
D) 40
E) sonsuz sayda
Orta hesabla yarpağın hər hüceyrəsində nə qədər plastid olur?
A) 50-60
B) 20-100
C) 20-50
D) 100-150
E) 50-100
İçərisi hüceyrə şirəsi ilə dolu olan orqanoid hansıdır?
A) nüvə
B) antosian
C) xloroplast
D) vakuol
E) sitoplazma
Bitkilərdə ən geniş yayılmış bölünmə üsulu:
A) amitoz
B) düzünə bölünmə
C) reduksion bölünmə
D) mitoz
E) meyoz
Latın mənşəli "obyektum" sözünün mənası:
A) kürsü
B) boru
C) boş
D) göz
E) əşya
Hüceyrəni kəşf edib:
A) Malpigi
B) Virxov
C) Qrü
D) Robert Huk
E) Qoryaninov
Lupa ilə cismi neçə dəfə böyütmək olur?
A) 5 – 10 dəfə
B) 2 – 20 dəfə
C) 2 – 25 dəfə
D) 8 – 15 dəfə
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top