Tapılan ümumi test sayı : 95

Mexaniki toxuma bitkidə hansı funksiyanı yerinə yetirir?
A) Xarici zədələnmələrdən qoruyur
B) Su və mineral duzlar hərəkət edir
C) Bitkiyə möhkəmlik verərək dayaq vəzifəsini görür
D) Efir yağları ifraz edir
Xarici mühitlə - torpaq və hava ilə bitki arasında əlaqəni hansı toxuma yaradır?
A) Ötürücü toxuma
B) Örtük toxuma
C) Törədici toxuma
D) İfrazat toxuma
Bitkilərdə əsas toxuma hansı funksiyanı yerinə yetirir?
A) Törədici
B) Qidalandırıcı
C) Qoruyucu
D) Sorucu
Törədici toxuma gövdənin hansı hissəsində yerləşir?
A) Mantarda
B) Oduncaqda
C) Kambidə
D) Özəkdə
Toxuma nədir?
A) dayaq funksiyasinı yerinə yetirən
B) quruluşu, mənşəyi, ölçüsü oxşar olan eyni funksiyanı yerinə yetirən hüceyrələr və hüceyrələrarası qrup və ya toplusuna
C) yalnız hüceyrələr toplusuna
D) hüceyrələrin mitoz yolla bölunməsinə
E) sitoplazmanın hərəkətinə
Əsas toxumanın ikinci adı nədir?
A) İnisial
B) Skelet
C) Parenxima
D) Meristema
Ötürücü toxumalara nələr daxildir?
A) Xüsusi borucuqlar
B) Qeyri-üzvi birləşmələr
C) Vəzi tükcükləri
D) Efir yağları
Toxumada hüceyrələr biri-birilə nə vasitəsilə birləşir?
A) Məsamələrlə
B) Hüceyrəarası maddə ilə
C) Membranla
D) Qılafla
Mexaniki toxuma həm də necə adlanır?
A) Skelet toxuma
B) Ölü toxuma
C) Parenxima
D) Meristema
Bitkilərdə mexaniki toxuma hansı funksiyanı yerinə yetirir?
A) dayaq
B) qidalandırma
C) sorucu
D) törədici
Törədici toxumanın ikinci adı nədir?
A) İnisial
B) Meristema
C) Skelet
D) Parenxima
Toxumanı nə təşkil edir?
A) Hüceyrə qrupları
B) Qılaf
C) Nüvə və nüvəcik
D) Məsamələr
Əsas toxuma və törədici toxuma başqa cür necə adlanır?
A) Parenxim, mexaniki
B) parenxim, meristem
C) ötürücü, parenxim
D) meristem, meristem
E) mexaniki, meristem
Əsas toxumanın digər adı necədir?
A) meristem
B) törədici
C) ifrazat
D) parenxim
E) skelet
Bitkini ətraf mühitlə əlaqələndirən toxuma hansıdır?
A) örtük
B) əsas
C) törədici
D) örtücü
E) ötürücü
Fotosintez prosesi yarpağın hansı hissəsində gedir?
A) Bu proses yarpaqlarda deyil, köklərin ucunda gedir.
B) Lətində
C) Ölü hüceyrələrində
D) Yalnız cavan zoğlarında
Kök üsküyü nə kimi funksiya yerinə yetirir?
A) Kökün böyüməsini təmin edir
B) Su və mineral duzları sorur
C) Kökü xarici zədələnmədən qoruyur
D) Kökü torpağa bərkidir
Əmici tellər mənşəcə kökün hansı qat hüceyrələrinin çıxıntılarıdır?
A) Törədici qatın
B) Xarici dəriciyin
C) Qabığın
D) Oduncağın
Uzununa kəsiyinə görə kökün zonaları hansı ardıcıllıqla yerləşmişdir?
A) Kök üsküyü, sorucu, böyümə, bölünmə və ötürücü
B) Kök üsküyü, bölünmə, böyümə, sorucu və ötürücü
C) Ötürücü, sorucu, bölünmə, böyümə, kök üsküyü
D) Kök üsküyü, böyümə, bölünmə, sorucu və ötürücü
Əmici tellərin uzunluğu və yaşama müddəti nə qədər olur?
A) 10 mm – dən artıq olub 10 – 15 gün yaşayır
B) 10 mm – dən artıq olub bir neçə ay yaşayır
C) 10 mm – dən az olub bir neçə gün yaşayır
D) 10 mm olub bir neçə həftə yaşayır
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top