Tapılan ümumi test sayı : 95

Kökün böyüməsi və inkişafı hansı zonadakı hüceyrələr hesabına olur?
A) Bölünmə və böyümə hüceyrələri hesabına
B) Bölünmə zonası hüceyrələri hesabına
C) Sorucu zona hüceyrələri hesabına
D) Böyüdücü zona hüceyrələri hesabına
Sorucu (əmici) tellər harada yerləşir?
A) Sorucu zonada
B) Ötürücü zonada
C) Böyümə zonasında
D) Örtücü zonada
Kök üsküyü hansı toxumalardan təşkil olunub?
A) Törədici toxumadan
B) Birləşdirici toxumadan
C) Ötürücü toxumadan
D) Örtücü toxumadan
Ötürücü zonada nə yerləşir?
A) Kök üsküyü
B) Hüceyrəarası maddə
C) Ötürücü borucuqlar
D) Sorucu tellər
Əmici tellərin ömrü nə qədər olur?
A) 10-15 ay
B) 10-15 il
C) 10-15 gün
D) 20-25 gün
Kök sistemi neçə yerə bölünür?
A) 5 yerə
B) bölünmür
C) 4 tere
D) 3 yerə
E) 2 yerə
Neçə bölünmə zonası var?
A) 5
B) 4
C) 2
D) 3
E) 6
Kök üsküyü hansı toxumadan təşkil olunub?
A) Örtük
B) Mexaniki
C) Əsas
D) Bölünmə
E) Törədici
Kökün əmici tellər olan sahəsi hansıdır?
A) böyümə zonası
B) ötürücü zona
C) bölünmə zonası
D) Kök üsküyü
E) sorucu zona
Böyümə zonası hansı toxumadan təşkil olunub?
A) Törədici
B) Örtücü
C) Ötürücü
D) Birləşdirici
Qarğıdalının neçə sorucu teli olur?
A) 400
B) 100-300
C) 700
D) 200-800
Sorucu tellərin ömrü neçə gündür?
A) 20-25
B) 15-20
C) 5-10
D) 10-15
Aşağıdakılardan hansı kökün zonası deyil?
A) bölünmə
B) ötürücü
C) kök üsküyü
D) sorucu
E) böyümə
Kökün bir qədər tünd rəngdə görünən zərif ucu sıx hüceyrə qatı ilə örtülmüşdür. Həmin örtüyə nə deyilir?
A) Bölünmə zonası
B) Kök üsküyü
C) Sorucu zona
D) Böyümə zonası
Sorucu zonadan yuxarıda hansı zona yerləşir?
A) kök üsküyü
B) örtücü zona
C) sorucu zonadan yuxarıda zona yoxdur
D) böyümə zonası
E) ötürücü zona
Kökün növləri aşağıdakı sıraların hansında düzgün göstərilmişdir?
A) Əsas, əlavə, yan
B) Yan, əlavə, mil
C) Əsas, əlavə, saçaqlı
D) Əsas, yan, mil
Sıralardan hansında kökün əsas vəzifələri öz əksini daha düzgün tapmışdır?
A) Ehtiyat qida toplamaq, dayaq, nəqliyyat
B) Nəqliyyat, soruculuq, dayaq
C) Vegetativ çoxalma, soruculuq, dayaq
D) Soruculuq, ötürücülük, vegetativ çoxalma
Bitkinin gövdə və yarpağından inkişaf edən köklər nə adlanır?
A) Yan köklər
B) Əlavə köklər
C) Saçaqlı köklər
D) Əsas köklər
Rüşeym kökcüyündən inkişaf edən kök nə adlanır?
A) Əsas kök
B) Mil kök
C) Əlavə kök
D) Yan kök
Yan köklərin əmələ gəlməsində aşağıdakılardan hansılar iştirak edir?
1) əsas kök
2) əlavə kök
3) mil kök
4) saçaqlı kök
A) 2,3,4
B) 1,3,4
C) 1,2
D) 1,3
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top