Tapılan ümumi test sayı : 133

Safora bitkisi hansı yarpaq qrupuna aiddir?
A) Belə bir bitki yoxdur.
B) Torvarı yarpaq qrupuna
C) Sadə yarpaq qrupuna
D) Mürəkkəb yarpaq qrupuna
Sadə yarpaqların formalarına aiddir?
1.Paralel,
2.Rombvari,
3.Qövsvari,
4.Pulcuqvari,
5.Ürəkvari,
6.Qalxanvari.
A) 1,3,4
B) 2,5,6
C) 1,5,6
D) 2,3,5
"..... yarpağın nəqliyyat sistemidir. Onu eyni zamanda dağılmaqdan qoruyur." Söhbət nədən gedir?
A) Liflərdən
B) Qılafdan
C) Damarlardan
D) Membran pərdəsindən
Qın nəyə deyilir?
A) Uzun saplağı olan yarpaqlara
B) Payız vaxtı yarpaqların tökülməsi hadisəsinə
C) Yarpaq qaidəsi genələrək gövdəni novça kimi qucaqlamasına
D) Saplağı olmayan yarpaqlara
Oturaq yarpaq nəyə deyilir?
A) Saplağı olan yarpağa
B) Uzun saplağı olan yarpağa
C) Saplağı olmayan yarpağa
D) Qısa saplağı olan yarpağa
Yarpaq ayalarında damarlanma əsasən neçə cür olur?
A) 3
B) 5
C) 2
D) 4
Hansı bitkilərin saplağı uzun olur?
A) Limon, qoz
B) Qarğagözü, gavalı
C) Qoz, qızılgül
D) Lobya, limon
Mürəkkəb yarpaqlılara aiddir?
A) Lobya, gavalı, qovaq
B) Yonca, çiyələk, lobya
C) Alça, gavalı, zoğal
D) Qarağac, fıstıq, qovaq
Tumurcuqlar quruluşca 2 cür olur:
A) meyvəkökləri; kökümeyvəlilər
B) vegetativ; generativ
C) paralel; qövsvarı
D) tumurcuq; yarpaq
E) torşəkilli; paralel
Hansı bitkilərin zoğlarında interkalyar böyümə gedir?
A) söyüd çinar
B) taxıl kaktus
C) buğda bambuk
D) Aqava kətan
E) alma armud
Bir çox bitkilərdə yarpaq genələrək gövdəni novça kimi qucaqlayır. Bu saplaqlara nə deyilir?
A) qın
B) sarmaşan
C) oturaq
D) liana
Hansı ağacın tumurcuğu yalnız bir qalpaq formalı olur?
A) söyüdün
B) quşarmudunun
C) gəndalaşın
D) qovağın
E) murdarçanın
Hansı sırada yalnız saçaqlı kök sisteminə malik olan bitkilər göstərilmişdir?
A) Bağayarpağı, dağ laləsi, yerkökü, nar, paxla
B) Dəvətikanı, pambıq, xiyar, armud, cökə
C) Darı, vələmir, çovdar, buğda, soğan
D) Palıd, söyüd, qovaq, şam, alma
E) Sarımsaq, nar, qızılgül, çinar, paxla
Viktoriya-regiya gülünün yarpağının diametri nə qədərdir
A) 2, 5m
B) 3m
C) 4m
D) 1m
E) 2m
Elodeya bitkisinin zoğunun müəyyən bir hissəsində 18 yarpaq var. Zoğun həmən hissəsində maksimum neçə buğumarası olar?
A) 6
B) 5
C) 18
D) 4
E) 9
"Təpə tumurcuğu həmişə fəaliyyətdə olur və simmetrik çətir əmələ gətirir". Bu sözlər hansı budaqlanma növünə aiddir?
A) Simpodial
B) Dixotomik
C) Minopodial
D) Həm simpodial, həm də minopodial
Əsas gövdə nədən inkişaf edir?
A) ləpə yarpağından
B) qoltuq tumurcuğundan
C) rüşeym kökcüyündən
D) yatmış tumurcuqdan
E) təpə tumurcuğundan
Nanə bitkisinin zoğunun müəyyən bir hissəsində 7 buğumarası varsa həmən hissəsində neçə tumurcuq yerləşə bilər?
A) 16
B) 20
C) 8
D) 7
E) 18
Aşağıdakılardan hansı növbəli düzülüş qrupuna daxildir?
A) Günəbaxan, alma, tozağacı
B) Oleandr, elodeya, qarğagözü
C) Alma, reyhan, oleandr
D) Gicitkən, reyhan, nanə
Zoğ nəyə deyilir?
A) Üzərində yarpaqlar və tumurcuqlar olan gövdənin cavan hissəsinə
B) Yarpaqlar töküldükdən sonra qoltuq tumurcuqlarının altında tökülmüş yarpaqların yerinə
C) Yarpaq ilə ondan yuxarıda yerləşmiş buğumarası hissə arasında qalan bucağa
D) Yarpağın və ya tumurcuğun Gövdəyə birləşdiyi yerə
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top