Tapılan ümumi test sayı : 304

Fikri tamamlayın: İtburnu və ya.......
A) Quşarmudu
B) Gavalı
C) Qaytarma
D) Yabanı qızılgül
Aşağıdakı bitkilərdən hansı bəzək bitkisidir?
A) Çiyələk
B) Dovşan alması
C) Dikduran qaytarma
D) Moruq
Meyvələri narıncı və qırmızı rəngdə olur,C vitamini ilə zəngindir, həmçinin payızda yetişir. Söhbət hansı fəsilənin nümayəndəsindən gedir?
A) Zanbaqkimilər
B) Mürəkkəbçiçəklilər
C) Gülçiçəklilər
D) Taxıllar
Gülçiçəklilər fəsiləsinə mənsub olan bitkilərin meyvələrinin növləri hansılardır?
A) Yabanı
B) Çəyirdəkmeyvə, dənmeyvə
C) Yabanı və mədəni
D) Giləmeyvə, çəyirdəkmeyvə, tumlumeyvə
Qızılgülün yarpağı necədir?
A) Sadə
B) Mürəkkəb və torvari
C) Mürəkkəb
D) Torvari
Yabanı qızılgül harada bitmir?
A) Azərbaycanda
B) Türkiyədə
C) Antarktidada
D) Orta Asiyada
Amöbdə həzm vakuolu harada yerləşir?
A) Heç birində
B) Qlafda
C) Nüvədə
D) Plazmatik membranda
E) Sitoplazmada
Amöbün bütün ibtidailərdə olduğu kimi nəyi yoxdur?
A) Sporları
B) Sitoplazması
C) Tənəffüs orqanı
D) Heç biri
E) Nüvəsi
Üzərində 70 ədəd yarpaqcığı olan itburnu bitkisinin mürəkkəb yarpaqlarının sayı nə qədərdir?
A) 10-14
B) 3-6
C) 9-13
D) 6-7
E) 5-7
Şəfalı bitkini göstərin
A) itburnu
B) lalə
C) ilan çiçəyi
D) at alası
Noxudun 2 bitişmiş ləçək yarpaqları necə adlanır?
A) qayıqcıq
B) avarlar
C) yelkən
D) gəmi
E) bayraq
Birhüceyrəlilər yarımaləmi neçə tipə bölünür?
A) 3 tipə
B) 23 tipə
C) Heç biri
D) 5 tipə
E) 1 tipə
Aşağıdakı sıranın hansında yalnız gülçiçəklilər fəsiləsindən olan bitkilər göstərilmişdir?
A) Böyürtkən, moruq, itburnu, qızılgül
B) Çiyələk, qızılgül, topulqa, moruq
C) Qızılgül, böyürtkən, topulqa, quşqonmaz
D) İtburnu, moruq, böyürtkən, topulqa
İtburnunun həqiqi meyvəsi hansı qrup meyvəyə daxildir?
A) Quru fındıqca meyvəyə
B) Şirəli giləmeyvəyə
C) Quru toxumca meyvəyə
D) Quru dən meyvəyə
Hansı sırada yalnız birdişicikli gülçiçəklilər fəsiləsinin nümayəndələri verilmişdir?
A) Heyva, armud, çiyələk, itburnu
B) Albalı, ərik, şaftalı itburnu
C) Gavalı, ərik, şaftalı, albalı
D) Armud, alma, şaftalı, çiyələk
Gülçiçəklilərin hansı nümayəndəsindən tibbdə dərman kimi istifadə olunur?
A) Albalıdan
B) Gilasdan
C) Qızılgüldən
D) Yemişandan
Fikri tamamlayın: Gülçiçəklilər fəsiləsinə...... növ daxildir.
A) 4000
B) 8000
C) 1000
D) 3000-dən çox
Gülçiçəklilər fəsiləsinə daxil olan bitkilərin çoxunda çiçəklər neçə üzvlüdür?
A) Dörd üzvlüdür
B) Beş üzvlüdür
C) Bir üzvlüdür
D) Üç üzvlüdür
Gülçiçəklilər fəsiləsinə aid olanları seçin:
1.Vəzərək
2.Yemiş
3.İtburnu
4.Turp
5.Qızılgül
6.Gavalı
A) 1,4,6
B) Heç biri
C) 1,3,4
D) 3,5,6
Gülçiçəklilər fəsiləsinə daxil olan bitkilərin kök sistemi necədir?
A) Saçaqlı
B) Sadə
C) Həm mil həm də saçaqlı
D) Mil
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top