Tapılan ümumi test sayı : 304

Fikri tamamlayın: İtburnu və ya.......
A) Yabanı qızılgül
B) Qaytarma
C) Gavalı
D) Quşarmudu
Aşağıdakı bitkilərdən hansı bəzək bitkisidir?
A) Çiyələk
B) Moruq
C) Dikduran qaytarma
D) Dovşan alması
Meyvələri narıncı və qırmızı rəngdə olur,C vitamini ilə zəngindir, həmçinin payızda yetişir. Söhbət hansı fəsilənin nümayəndəsindən gedir?
A) Taxıllar
B) Zanbaqkimilər
C) Mürəkkəbçiçəklilər
D) Gülçiçəklilər
Gülçiçəklilər fəsiləsinə mənsub olan bitkilərin meyvələrinin növləri hansılardır?
A) Yabanı
B) Giləmeyvə, çəyirdəkmeyvə, tumlumeyvə
C) Yabanı və mədəni
D) Çəyirdəkmeyvə, dənmeyvə
Qızılgülün yarpağı necədir?
A) Mürəkkəb
B) Mürəkkəb və torvari
C) Sadə
D) Torvari
Yabanı qızılgül harada bitmir?
A) Türkiyədə
B) Azərbaycanda
C) Antarktidada
D) Orta Asiyada
Amöbdə həzm vakuolu harada yerləşir?
A) Qlafda
B) Nüvədə
C) Plazmatik membranda
D) Sitoplazmada
E) Heç birində
Amöbün bütün ibtidailərdə olduğu kimi nəyi yoxdur?
A) Sitoplazması
B) Tənəffüs orqanı
C) Nüvəsi
D) Sporları
E) Heç biri
Üzərində 70 ədəd yarpaqcığı olan itburnu bitkisinin mürəkkəb yarpaqlarının sayı nə qədərdir?
A) 3-6
B) 6-7
C) 5-7
D) 9-13
E) 10-14
Şəfalı bitkini göstərin
A) ilan çiçəyi
B) at alası
C) lalə
D) itburnu
Noxudun 2 bitişmiş ləçək yarpaqları necə adlanır?
A) gəmi
B) bayraq
C) qayıqcıq
D) avarlar
E) yelkən
Birhüceyrəlilər yarımaləmi neçə tipə bölünür?
A) 3 tipə
B) 5 tipə
C) 23 tipə
D) 1 tipə
E) Heç biri
Aşağıdakı sıranın hansında yalnız gülçiçəklilər fəsiləsindən olan bitkilər göstərilmişdir?
A) İtburnu, moruq, böyürtkən, topulqa
B) Qızılgül, böyürtkən, topulqa, quşqonmaz
C) Çiyələk, qızılgül, topulqa, moruq
D) Böyürtkən, moruq, itburnu, qızılgül
İtburnunun həqiqi meyvəsi hansı qrup meyvəyə daxildir?
A) Quru dən meyvəyə
B) Quru fındıqca meyvəyə
C) Şirəli giləmeyvəyə
D) Quru toxumca meyvəyə
Hansı sırada yalnız birdişicikli gülçiçəklilər fəsiləsinin nümayəndələri verilmişdir?
A) Heyva, armud, çiyələk, itburnu
B) Albalı, ərik, şaftalı itburnu
C) Gavalı, ərik, şaftalı, albalı
D) Armud, alma, şaftalı, çiyələk
Gülçiçəklilərin hansı nümayəndəsindən tibbdə dərman kimi istifadə olunur?
A) Yemişandan
B) Albalıdan
C) Qızılgüldən
D) Gilasdan
Fikri tamamlayın: Gülçiçəklilər fəsiləsinə...... növ daxildir.
A) 1000
B) 8000
C) 4000
D) 3000-dən çox
Gülçiçəklilər fəsiləsinə daxil olan bitkilərin çoxunda çiçəklər neçə üzvlüdür?
A) Dörd üzvlüdür
B) Bir üzvlüdür
C) Beş üzvlüdür
D) Üç üzvlüdür
Gülçiçəklilər fəsiləsinə aid olanları seçin:
1.Vəzərək
2.Yemiş
3.İtburnu
4.Turp
5.Qızılgül
6.Gavalı
A) Heç biri
B) 1,3,4
C) 3,5,6
D) 1,4,6
Gülçiçəklilər fəsiləsinə daxil olan bitkilərin kök sistemi necədir?
A) Mil
B) Sadə
C) Saçaqlı
D) Həm mil həm də saçaqlı
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top